Ermənistana qaçan çeçen əsilli Ayşat Baymuradovanın meyiti tapılıb
Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistana qaçan çeçen qadın Ayşat Baymuradova İrəvanda kirayədə qaldığı mənzildə ölü tapılıb. Oxuməni.az “Novayagazeta.eu”-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.
Baymuradova hüquq müdafiəçilərinin köməyi ilə evindən qaçaraq Rusiyanı tərk edib. Oktyabrın 17-də ailəsi onun itdiyini bildirib.Onlar bildiriblər ki, o, oktyabrın 15-də axşam saatlarında İnstaqramdan olan rəfiqəsi ilə görüşə gedib və bir daha geri qayıtmayıb. Bu rəfiqənin abunəçiləri arasında Çeçenistan lideri Ramzan Kadırova yaxın adamlar da olub.
Qadın dostlarından gələn zənglərə və mesajlara cavab verməyib. Onlar Baymuradovanın zorla Çeçenistana qaytarıla biləcəyindən şübhələnirdilər.
Ermənistan polisinin məlumatına görə, oktyabrın 19-da İrəvanın Dəmirçyan küçəsindəki kirayə mənzildə çeçen qadının meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 Oktyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















