Ermənistanda 102 ci Rusiya hərbi bazasının hərbçisi ÖLÜ TAPILDI KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasında xidmət edən 25 yaşlı müqaviləli hərbçi Konstantin Antonenko ölü tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb. Onun meyiti iyulun 24-nə keçən gecə Gümrüdəki zavod yataqxanasının ərazisində aşkarlanıb. Rusiya hərbçisinin hansı şəraitdə həlak olduğu dəqiq bilinmir. Erməni KİV-lərinin məlumatına görə, Antonenkonun qollarında kəsik izləri olub.
Hadisə ilə bağlı Ermənistanın istintaq orqanları Cinayət Məcəlləsinin “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə iş açıb. Meyitin tibbi ekspertizası təyin edilib. Erməni hüquq-mühafizə orqanları və Rusiya hərbi bazasının rəhbərliyi isə məsələ ilə bağlı jurnalistlərə hər hansı açıqlama verməkdən imtina edir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 25 İyul 2025 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















