Icma.az
close
up
RU
Ermənistanda “çevriliş planı” ilə bağlı kütləvi həbslər Deputat və siyasətçilərin evlərində axtarışlar aparılıb

Ermənistanda “çevriliş planı” ilə bağlı kütləvi həbslər Deputat və siyasətçilərin evlərində axtarışlar aparılıb

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ermənistanda siyasi gərginlik pik həddə çatıb. Müxalifət nümayəndələrinə qarşı həyata keçirilən genişmiqyaslı əməliyyatlar, “çevriliş planı” ilə bağlı iddialar və saxlanmalar ölkədə hakimiyyətin avtoritarlaşmasını gündəmə gətirib.

Baş nazir Nikol Paşinyan hökuməti isə bu addımları “terror və zor gücü ilə hakimiyyəti ələ keçirməyə cəhdlərin qarşısını almaq” kimi əsaslandırır. İyunun 25-də səhər saatlarından başlayaraq müxalif "Hayastan" bloku və “Daşnaksütyun” partiyasının üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən geniş əməliyyat həyata keçirilib. Axtarışlar bir neçə tanınmış müxalif simanın evində aparılıb. Bunlar arasında deputat Artur Sarkisyan, HƏY Mərkəzi Komitəsinin üzvü İqor Sarkisyan, Abovyan komitəsinin üzvü Vardan Avagyan, Hrazdan komitəsinin üzvü Artaşes Hunan və Noyemberyan komitəsinin üzvü Varazdat Amiragyan da var.

Deputat Artur Sarkisyan jurnalistlərə verdiyi açıqlamada evində aparılan axtarışların siyasi motivli olduğunu bildirib və bunu “hakimiyyətin müxalifətdən qorxusunun təzahürü” adlandırıb: “Bu əməliyyatlar açıq şəkildə siyasi təzyiq və susdurma siyasətidir. Müxalifətin səsini boğmaq istəyirlər”.

Ən sərt reaksiya isə “Səcdə Mübarizəsi” adlı müxalif hərəkata qarşı olub. Hərəkatın lideri, yepiskop Baqrat Qalstanyan və onun yaxın tərəfdarları Hrayr Sarkavag və daha bir fəal Ermənistan Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Onların evlərində də axtarışlar aparılıb.

Əməliyyatlar bir gün əvvəl hakimiyyətə yaxın Civic.am saytında yayımlanan və “hökumət çevrilişi planı” kimi təqdim edilən sənədlə əlaqələndirilir. Lakin sənədin həqiqiliyi və hüquqi əsası ictimaiyyətə açıqlanmayıb.

Baqrat Qalstanyanın vəkili Serqey Harutyunyan prosesə sərt münasibət bildirib: “Bu, sadəcə maska şoudur. Qalstanyanın evindən cinayət tərkibli heç nə tapılmayıb, sadəcə bir ovuc mismar aparılıb, o da ayaqqabı təmiri üçündür!”

Ermənistan İstintaq Komitəsi əməliyyatları belə əsaslandırıb: “Səcdə Mübarizəsi hərəkatı tərəfindən terror və hakimiyyətin ələ keçirilməsinə yönəlmiş hərəkətlərin qarşısı alınır”.

Bu açıqlama müxalif düşərgədə və beynəlxalq müşahidəçilər arasında ciddi suallar doğurub: Həqiqətən təhlükə mövcuddur, yoxsa bu, Paşinyan hakimiyyətinin artan narazılıqlara qarşı önləyici zərbəsidir? Bütün bu hadisələr Ermənistanın daxilində dərin siyasi narazılıqlar fonunda baş verir. Xüsusilə, Qarabağdan ermənilərin köçməsi və Paşinyanın Azərbaycanla sülh razılaşmasına yönəlik cəhdləri müxalifət və ictimaiyyətin müəyyən kəsimi tərəfindən “milli xəyanət” kimi qəbul olunur. Baqrat Qalstanyan bu narazılıqların simasına çevrilmişdi və son mitinqlərdə minlərlə insanı bir araya gətirmişdi.

Siyasi müşahidəçilər bu saxlanmaları hakimiyyətin müxalif hərəkatı sarsıtmaq və gələcək kütləvi etirazların qarşısını almaq üçün addımı kimi dəyərləndirirlər.

Şübhəsiz ki, Ermənistanda baş verənlər ölkənin alayarımçıq demokratik imicinə ciddi zərbə vurur. Hazırda ölkədə narazılıq artır. Müxalif dairələr yeni etiraz aksiyalarına hazırlaşır. Paşinyan isə görünür ki, güc strukturlarını önə çıxararaq siyasi sabitliyi qorumağa çalışır. Lakin bu cür üsullar qısamüddətli nəticə versə də, uzunmüddətli perspektivdə daha böyük gərginliklərin əsasını qoya bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 İyun 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri