Icma.az
close
up
RU
Ermənistanda “gerçəyi görmək mərhələsi” başlayır

Ermənistanda “gerçəyi görmək mərhələsi” başlayır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ məsələsi”nin bağlanması yalana sitayişin iflasıdır

Ermənistan baş naziri Nikol Paşinyanın avqustun 18-də xalqa müraciəti ictimai rezonans doğurub. Gözlənildiyi kimi, müraciət erməni cəmiyyətində fərqli reaksiyaların meydana çıxmasına səbəb olub. Baş nazirin çıxışında səsləndirdiyi fikirlər həm tərəfdarları, həm də opponentləri tərəfindən geniş müzakirə edilir. Onun bölgəmizdə sülh və sabitlik çağırışlarını dəstəkləyənlər bunu ölkənin gələcəyi üçün zəruri addım hesab edirlər. Digər qrup isə baş nazirin çıxışını təslimçi mövqe kimi qiymətləndirərək sərt tənqidlər səsləndirir. Sosial şəbəkələrdə də müraciət ətrafında debatlar müşahidə olunmaqdadır. Siyasi ekspertlər isə çıxışın Ermənistanın daxili siyasi gündəminə ciddi təsir göstərəcəyini bildirirlər.

Qondarma “erməni soyqırımı” muzey-institutunun sabiq direktoru Hayk Demoyan N.Paşinyanın açıqlamalarına cavab verməyən qurumun hazırkı rəhbərliyini susqunluğuna görə kəskin tənqid edib. O, “Facebook” sosial şəbəkəsinə yerləşdirdiyi bəyanatda bildirib ki, bu sözlərdən sonra institutun missiyası mənasızlaşır. Müraciət müəssisənin rəhbərliyinə, elmi şuraya və qəyyumlar şurasının üzvlərinə ünvanlanıb: “Nikol Paşinyanın məlum bəyanatlarından sonra sizin fəaliyyətiniz və missiyanız mənasız və lazımsız olur. Üstəlik, bu bəyanatlar və “soyqırımı”nın nəticələrinə haqq qazandırmaq sizi və əməyinizi mənəvi cəhətdən dəyərsiz edib”. Onun sözlərinə görə, institutun öz reputasiyasını bərpa etmək üçün yalnız bir imkanı var – Paşinyanın çıxışında səslənən “qeyri-insani və anti-xalq mülahizələri”nə elmi, hüquqi və mənəvi qiymət vermək. Demoyan baş nazirin vətəndən məhrum edilməyə (?) və köçürülməyə açıq şəkildə haqq qazandırdığını deyib. Bunun BMT-nin 1948-ci il “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına zidd olduğunu vurğulayıb: “Siz susdunuz və Nikol Paşinyanın timsalında Ermənistan hökumətinin birbaşa iştirak etdiyi “Artsax” ermənilərinə qarşı “etnik təmizləmə və soyqırımı”na qiymət vermədiniz”.

O, həmçinin institutu Paşinyanın və hakim partiya üzvlərinin bəyanatlarına reaksiya verməməkdə suçlayıb. Sabiq direktorun sözlərinə görə, bu bəyanatlarda “erməni soyqırımı” ilə bağlı tarixi fakta (?) şəkk gətirmək var: “Aydındır ki, siz susmağınızla istəmədən Paşinyanın bəyanatlarına və onun cinayət əməllərinə şərik oldunuz”.

Demoyan xatırladıb ki, Paşinyanın özü əvvəllər 2020-ci ildəki 44 günlük müharibəni və 2023-cü ilin sentyabr hadisələrini “soyqırımı” adlandırıb. Lakin, Demoyanın fikrincə, Nikolun son sözləri “eyni soyqırımına açıq xidmət və onun nəticələrinin günahkarlarla cinayət sövdələşməsi çərçivəsində möhkəmləndirilməsini” özündə ehtiva edir.

***

Qeyd edək ki, Paşinyan müraciətində Qarabağ məsələsi bağlanmadan sülhün mümkün olmadığını bildirib. O, Qarabağdan könüllü köçüb getmiş şəxslərin geri qayıtmasını qeyri-real adlandırıb və belə təşəbbüslərin Ermənistan–Azərbaycan sülhünü təhdid etdiyini vurğulayıb. H.Demoyana, necə deyərlər, yer edən də məhz Paşinyanın bu sözləridir. Onun çıxışı bir daha göstərdi ki, Paşinyanın son bəyanatları Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Baş nazirin Qarabağ məsələsini qapanmış hesab etməsi və bölgədə yaşamış hayların geri dönməsini mümkünsüz sayması faktiki olaraq illərlə qurulmuş yalan ideologiyanın iflası deməkdir. Demoyanın reaksiyası isə həm də ona dəlalət edir ki, erməni siyasi və ideoloji dairələrinin bir hissəsi hələ də reallığı qəbul etmək iqtidarında deyil.

Paşinyanın son açıqlaması bu saxta qurumların fəaliyyətini mənasızlaşdırıb. Əgər institutun rəhbərliyi həqiqətən elmi nüfuz iddiasında idisə, o zaman susqunluq yox, obyektiv tarixi qiymətləndirmə ortaya qoymalı idi. Amma onlar bunu edə bilmirlər, çünki illərdir cəmiyyətə təlqin olunan uydurmalar indi rəsmi İrəvanın özü tərəfindən təkzib olunur. Demoyanın emosional ittihamları, əslində, bu acı həqiqətin nəticəsidir.

Paşinyanın Qarabağ məsələsini qapadılmış mövzu kimi təqdim etməsi isə Ermənistanın gələcək siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. İllərdir bu məsələ üzərindən siyasi dividendlər qazanan dairələr indi dayaqlarını itiriblər. Demoyanın qəzəbi də əsasən buradan qaynaqlanır, çünki onun kimi şəxslər uzun illərdir süni miflər üzərində karyera qurublar. İndi isə həmin miflərin hökumət tərəfindən rəsmən rədd olunması onları çıxılmaz vəziyyətə salıb. Ermənistan cəmiyyətində yaranan bu ziddiyyətlər göstərir ki, yalan üzərində qurulan siyasət uzun müddət davam gətirə bilməz və gec-tez həqiqətlər ortaya çıxır.

“Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Hovannisyan isə sosial şəbəkə hesabında yazıb: “Müraciətin ilk anonsu veriləndən sonra insanlar bir-birindən soruşurdular: Nikol nə deyəcək? Çoxları həyəcanlı, bir qismi ümidli idi. Dövran belədir. Son nəticədə məlum oldu ki, Nikol olduqca sadə bir söz deyib: “Mən daha Ermənistanın nə olduğunu bilmirəm. Biz fotolar çəkdirdik, imza atdıq, əl sıxdıq və evə döndük. İndi də, əziz xalq, bilmirəm sabahkı Ermənistan necə olacaq”.

V.Hovannisyanın sözlərinə görə, 2018-ci ilə qədər hamı, o cümlədən Nikol bilirdi ki, Ermənistan müharibədən sonrakı mərhələdədir: “Bilirdik ki, bu mərhələ çətin və mürəkkəbdir. Lakin dövrün mahiyyəti qazanılan qələbənin təkamül yolu ilə möhkəmlənməsi idi. Başqa bir məsələ də odur ki, biz qazanılmış qələbənin ciddi siyasi təfəkkür tələb edən mürəkkəb hadisə olduğunu dərk etməmişik. İndi isə Nikol birbaşa deyir: mən bilmirəm Ermənistan nədir. Konsert, ziyafət, viza, sülh eyforiyası – bunlar aydındır, lakin bu, dövlətin perspektivi və dövlət ideyası deyil”.

Hovannisyanın açıqlamaları bir daha sübut edir ki, Ermənistan siyasi müxalifəti hələ də dövlət anlayışını düzgün qavraya bilmir. Onun Paşinyanın sözlərini şərh edərkən göstərdiyi çaşqınlıq, əslində, cəmiyyətin içindəki ümumi boşluğun ifadəsidir. Dövlətin gələcəyini konsert və ziyafətlərlə müqayisə etmək yalnız məsuliyyətsiz siyasətçilərə yaraşır. İndi Paşinyanın “bilmirəm nə olacaq” deməsi də, Hovannisyanın bu cür şərhləri də dövlətçilik adına biabırçı mənzərədir. Ermənistanı uçuruma aparan səbəb məhz budur. Hakimiyyət də, ekspert adlanan çevrələr də məsuliyyətdən qaçır, həqiqətləri qəbul etmək əvəzinə xalqı emosional şüarlarla aldatmağa üstünlük verirlər.

***

Paşinyanın xalqa müraciətindən sonra hakimiyyət yönümlü ekspertlər, deputatlar və siyasətçilər də öz mövqelərini bildiriblər. Onların əksəriyyəti baş nazirin çıxışını reallığı qəbul edən və xalqı aldatmayan bir mövqedə dayanmaq kimi qiymətləndiriblər. Hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Andranik Koçaryan Paşinyanın dediklərini cəsarətli addım adlandıraraq, artıq Ermənistanın illüziyalarla yaşaya bilməyəcəyini vurğulayıb. Onun fikrincə, Qarabağ məsələsinin bağlanması Ermənistanın sülh gündəliyinə fokuslanmasına imkan yaradır və ölkənin beynəlxalq aləmdə mövqeyini gücləndirir.

Deputat Arman Yeğoyanın fikrincə, Paşinyanın xalqa müraciəti bir daha göstərdi ki, Ermənistan rəhbərliyi reallıqları gizlətmək yox, onları açıq şəkildə cəmiyyətin diqqətinə çatdırmaq xəttini seçib: “Bəli, deyilənlər bir çoxlarına xoş gəlməyə bilər, lakin siyasətin mahiyyəti həqiqətləri söyləməkdən və gələcək üçün məsuliyyət daşımaqdan ibarətdir. Qarabağ məsələsinin bağlandığını vurğulamaq, köhnə illüziyaların arxasınca qaçmağı dayandırmaq, əslində, ölkə üçün yeni mərhələnin başlanğıcıdır. Bu, Ermənistanın sülh gündəliyini önə çıxarmaq və regionda uzunmüddətli sabitliyə nail olmaq istiqamətində atılmış vacib addımdır. Eyni zamanda, deputat olaraq demək istərdim ki, Paşinyanın mövqeyini təkcə siyasi bəyanat kimi deyil, həm də dövlət idarəçiliyinin rasional yanaşması kimi qiymətləndirmək lazımdır. Çünki populist vədlərlə ölkə irəli gedə bilməz. Ermənistanın mövcud reallıqları nəzərə alaraq inkişaf yolunu seçməsi isə hər bir vətəndaş üçün daha etibarlı gələcək deməkdir. Bu siyasəti dəstəkləmək təkcə hakimiyyətin deyil, bütövlükdə cəmiyyətin borcudur”.

Hakimiyyətə yaxın ekspertlər bəyan ediblər ki, Paşinyanın dedikləri ağrılı olsa da, doğru qərardır və ölkə yalnız bu yolla sabitlik qazana bilər. Bəzi siyasətçilər isə çıxışın cəmiyyət üçün psixoloji sarsıntı olduğunu qəbul etsələr də, bunu gələcəyə yönəlik qaçılmaz həqiqətin açıqlanması kimi dəyərləndiriblər. Ən çox vurğulanan məqam odur ki, Ermənistan artıq regional reallıqları qəbul etməli və münaqişədənkənar inkişaf yolunu seçməlidir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see599

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see414

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see351

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see339

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see263

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see250

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see237

Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil

09 İyul 2026 15:38see181

“Xalq Bank”ın Xankəndi filialı fəaliyyətə başladı Fotolar

09 İyul 2026 11:40see165

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see156

Məktəbli formalarının qiyməti bahalaşacaq? Açıqlama

09 İyul 2026 13:46see154

Operativ məlumat: Sahələrdən 2 milyon taxıl yığılıb

09 İyul 2026 15:40see153

NATO nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? General

09 İyul 2026 07:18see152

Mars Fantastik hekayə

09 İyul 2026 19:11see151

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see149

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see148

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see145

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see144

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see144

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri