Ermənistanda həbsxanada ölən siyasətçi ilə bağlı mübahisə böyüyür
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, Rubinyan bu barədə bu gün parlamentin iclasında danışıb.
O, Gevorqyanın ailəsinə başsağlığı verərək həbsxanalarda məhbusların sağlamlığına nəzarət mexanizmlərinin araşdırılmasını vacib sayıb. Rubinyan müxalifətin Gevorqyanı siyasi məhbus kimi təqdim etməsini və onun ölümündə hakimiyyəti günahlandırmasını tənqid edib:
“Bu mövzunu siyasi spekulyasiyalar olmadan necə müzakirə etmək olar? Çox sadə: siyasi komponenti tamamilə kənarlaşdırmaqla. O zaman geriyə həbsxanalarda insanların sağlamlığına nəzarətin keyfiyyəti və mexanizmləri qalır. Gəlin bunu müzakirə edək”.
Qeyd edək ki, “Güclü Ermənistan” partiyasının Stepanavan şəhərində keçirilən yerli seçkilər üzrə siyahısına rəhbərlik etmiş Arsen Gevorqyan noyabrın 10-da “Nubaraşen” penitensiar müəssisəsində vəfat edib. O, oktyabrın 21-də seçicilərə rüşvət vermək ittihamı ilə həbs olunmuşdu. Gevorqyan ittihamları qəbul etmirdi.
Məlumat üçün bildirək ki, ölüm faktı ilə bağlı cinayət işi başlanılıb və məhkəmə-tibbi ekspertiza təyin edilib.(Qafqazinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 17 Noyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















