Ermənistanda korrupsiya tüğyan edir: İrəvan meri 800 min dollara malikanə aldı KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
İrəvan şəhərinin meri Tiqran Avinyan Nork rayonunda yeni malikanə alıb. Sövdələşmənin faktiki qiyməti, təbii ki, gizli saxlanılır, lakin malikanə 650 min dollara satılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Oragir.News yazıb.
Mənbə qeyd edir ki, yeni ev Avinyanın anasının adına rəsmiləşdirilib.
“Onu da öyrəndik ki, Avinyan ona bitişik, kommunal əhəmiyyət kəsb edən torpaq sahəsini götürüb və əlavə edib. Təxmini hesablamalara görə, bundan sonra malikanənin ümumi dəyəri 800.000 dolları keçir. Yeri gəlmişkən, bu yaxınlarda Norka yeni yol açıldı. O da təsadüfi deyil ki, bu yol merin yeni malikanəsinin yanından keçir”, – mənbə əlavə edib.
Merin mətbuat katibi Ayk Kostanyan daha sonra bu mövzuda səs yazısı dərc edəcəyini bildirib.
Yeri gəlmişkən, Paşinyan hakimiyyətinin baş nazir də daxil olmaqla bütün funksionerləri demokratiya damğası adı ilə son 5 il ərzində özlərinə bahalı malikanələr, avtomobillər alıblar. Bu sırada ən çox Paşinyanın nikahsız xanımı Anna Akopyanın və onun deputat qardaşı Qraçya Akopyanın adları hallanır.
Günel Mikayılova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 03 Fevral 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















