Icma.az
close
up
RU
Ermənistanda vəziyyət gərginləşib KONKRET

Ermənistanda vəziyyət gərginləşib KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi mübarizə yenidən qızışır. Robert Köçəryan özünü “müdrik və məsuliyyətli lider” kimi göstərməyə çalışır.

Bu cəhd Ermənistanda Paşinyana qarşı siyasi rəqabət kontekstində necə qiymətləndirilə bilər?

Siyasi şərhçi İlyas Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, ölkədə yenidən tanış adlar siyasi səhnəyə qayıdır.

İlyas Hüseynov

Onun sözlərinə görə, əvvəlki parlament seçkilərində olduğu kimi, bu dəfə də əsas rəqabət Baş nazir Nikol Paşinyanla keçmiş prezident Robert Köçəryan arasında müşahidə olunur:

“Ötən seçkilərdə də Paşinyan ikinci Qarabağ Müharibəsində məğlub olsa belə, qarşısında Serj Sarkisyan və Robert Köçəryan kimi fiqurlar dayanırdı. Həmin dövrdə müxtəlif koalisiyalar və birliklər yaradılaraq Paşinyana qarşı mübarizə aparılırdı”.

Ekspert qeyd edib ki, bu dəfə vəziyyət müəyyən qədər fərqlidir, lakin Köçəryan yenidən fəallaşıb və özünü “müdrik və məsuliyyətli lider” kimi təqdim etməyə çalışır:

“Köçəryanın bütün siyasi fəaliyyəti və hakimiyyəti dövründə atdığı addımlar milli maraqların müdafiəsi ilə deyil, onların satılması və güzəştə gedilməsi ilə yadda qalıb. O, daim Rusiya ilə yaxın əlaqələr quraraq şəxsi təhlükəsizliyini və siyasi gələcəyini təmin etməyə çalışıb. Bu gün də Moskvanın geosiyasi dəstəyi onun arxasındadır”.

İlyas Hüseynovun fikrincə, Köçəryan bu dəstəyə arxalanaraq Paşinyanı məğlub etmə potensialı yaratmaq istəyir, lakin bunun real nəticə verəcəyi sual altındadır:

“Paşinyanın hələ də kifayət qədər geniş tərəfdar kütləsi var. Ermənistanda sülh tərəfdarlarının sayı artıb və bu amil Paşinyanın seçkilərdə qalib gəlməsi üçün yetərlidir. Köçəryan kimi fiqurlar artıq tarix səhnəsindən silinib, lakin özlərini hələ də siyasi arenada görməkdə davam edirlər”.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri