Ermənistanda mis molibden kombinatına 1 milyon dollardan çox ziyan dəyib
Aznews.az saytına istinadən Icma.az xəbər verir.
Zəngəzur mis-molibden kombinatı bir həftə ərzində gündəlik təxminən 400 milyon dram (1 milyon dollardan bir qədər çox), dövlət isə vergi daxilolmaları şəklində gündəlik 100 milyon dramdan çox zərər çəkib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə kombinat məlumat yayıb.
"Bir qrup işçi və kənar şəxslərin şirkətin normal fəaliyyətinə qanunsuz müdaxiləsi nəticəsində müəssisə gündəlik təxminən 400 milyon dram, dövlət isə təkcə vergilər şəklində gündə 100 milyon dramdan çox zərər çəkib. Şirkətin minlərlə işçisi çətin vəziyyətə düşüb. Gözləyirik ki, qanun pozucuları qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb olunacaqlar", - kombinatdan bildirilib.
Zəngəzur mis-molibden kombinatının əməkdaşları artıq bir həftəyə yaxındır ki, əmək haqqının artırılması və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edərək tətil keçirirlər. Kombinatın rəhbərliyi və həmkarlar ittifaqı bu hərəkətləri qanunsuz, irəli sürülən tələbləri isə qeyri-real adlandırıb. Etirazlara müəssisə ilə əlaqəsi olmayan şəxslər də qoşulub.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















