Ermənistanda müxalif siyasətçinin həbs müddəti uzadıldı
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Ermənistanda məhkəmə "Güclü Ermənistan" Partiyasının həmtəsisçisi və "Bizim Yolumuz" ictimai təşkilatının rəhbəri Alik Aleksanyanın həbs müddətini daha iki ay uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Alik Aleksanyan iyunun 2-də saxlanılıb, iyunun 3-də isə barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. O, mitinqlərdə iştirak üçün şəxslərin maliyyələşdirilməsi və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.
İstintaq Komitəsinin məlumatına görə, 2025-ci ilin sentyabrından 2026-cı ilin mayınadək keçirilən aksiyalara iştirakçı cəlb etmək məqsədilə "Bizim Yolumuz" hərəkatı çərçivəsində təxminən 1400 nəfərlə mülki hüquq müqaviləsi bağlanıb. Bildirilir ki, onlardan 400-dən çoxu eyni vaxtda başqa şirkətlərdə də çalışıb.
Xatırladaq ki, iyunun 25-də Cinayət Apellyasiya Məhkəməsi də Aleksanyanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayəti təmin etməmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 31 İyul 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















