Ermənistanda Parakar icmasının rəhbərinin qətlində şübhəli bilinən şəxs saxlanıldı KİV
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan polisi müxalifətçi və Parakar icmasının rəhbəri Volodya Qriqoryanın qətlində şübhəli bilinən şəxsi saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli “Mediahub.am” portalı mənbələrə istinadla məlumat yayıb.
Portalın məlumatına görə, saxlanılan şəxs bu ilin fevral ayında kütləvi davada qətlə yetirlən Parakar icmasının sakini 29 yaşlı Qriqor Ohanyanın qardaşıdır. O, keçmiş icma rəhbəri Mqer Axtoyanın əmisi oğludur.
Ermənistan Daxili İşlər Nazirliyi hələlik bu xəbəri şərh etməyib və qətlin açılması üçün səylərin davam etdiyini bildirib.
Qeyd edək ki, sentyabrın 24-nə keçən gecə Parakar icmasının rəhbəri Volodya Qriqoryan evinin yaxınlığında qətlə yetirilib. Onunla birlikdə hadisə yerində Qriqoryanın dostu Ermənistan polisinin Cinayət Axtarış Baş İdarəsinin əməliyyatçısı Karen Abramyan da öldürülüb.
Bu mövzuda digər xəbərlər:Qriqoryanın qətlində şübhəli bilinən ikinci şəxs saxlanıldı
28 Sentyabr 2025 15:04
88 yaşlı qadının qətlində şübhəli şəxs saxlanıldı
02 İyul 2025 18:33
Lerikdə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanıldı
25 Fevral 2025 09:23
Ermənistanda terrorçuluqda şübhəli bilinən müxalifətçilər saxlanılıb
10 İyul 2025 12:32
Kürdəmirdə qadının qətlində şübhəli bilinən həyat yoldaşı saxlanıldı
29 İyun 2025 10:57
Baxış sayı:56
Bu xəbər 26 Sentyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















