Icma.az
close
up
RU
Ermənistanda parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər ŞƏRH

Ermənistanda parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir

"İnsanlar müxalifətdən üz döndərirlər, çünki onları yorublar". Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Milli Məclisdə çıxışı zamanı deyib. Spiker bildirib ki, insanlar söyləyirlər ki, kim olursa-olsun, yalnız onlar olmasın: "Siz bunu başa düşürsünüzmü? (Azərbaycanla aparılan) Danışıqlardan bəhs edirsiniz. Bəs Robert Koçaryan, Serj Sarkisyan haradadır?

Artıq onları açıq dabata çağırmışıq, gəlsinlər". A.Simonyan qeyd edib ki, Robert Koçaryan və Serj Sarkisyan ancaq özlərinə uyğun şəxslərə müsahibə verirlər: "Robert Koçaryan gəlsin, seçilmiş şəxsin (Baş nazir Nikol Paşinyanın) qarşısında otursun və Ermənistan xalqına danışsın, desin: bilirsiniz, Qarabağ məsələsində vəziyyət belə olub. O qorxur. Mən iddia edirəm ki, o, çox qorxur". Spiker Ermənistan müxalifətinin gələn il keçiriləcək parlament seçkilərində heç bir şansının olmadığını vurğulayıb: “Qulaq asın, ümidlərinizi kəsin, seçkilərdə uduzacaqsınız”. Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Serj Sarkisyanın Qarabağla əlaqədar Azərbaycanla apardığı danışıqların sənədlərini ilin sonunadək dərc edəcəyini açıqlayıb. Baş nazir bunun dekabrda ATƏT-in Minsk qrupunun rəsmən ləğv edilməsindən sonra baş verəcəyini bəyan edib.

Millət vəkili Naqif Həmzəyev "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca daxildə gərginlik artmaqdadır. Deputat vurğulayıb ki, xüsusilə revanşist qüvvələr daha da aktivləşib: "Paşinyanı məğlub etmək üçün əllərinə əlavə fürsət düşüb. Revanşistlərlə Kilsə birliyi Paşinyan üçün əlavə çətinlik yaradır. Ancaq buna baxmayaraq, Paşinyan Kilsənin gücünü zəiflətməkdə israrlıdır. Hələlik Paşinyanın istəkləri tam reallaşmayıb. Avqustda Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra revanşistlər alternativ arqumentlər ortaya qoyaraq Paşinyanı tamamilə gözdən salmaq istəyirlər. Ancaq sülhün alternativi olmadığını anlayan ermənilərin sayı az deyil. Paşinyanın parlament seçkilərində qalib gəlməsi üçün daha çox çalışması vacibdir. Çünki regionda sülh istəməyən qüvvələr var. Ermənistanın Rusiya təsirindən çıxmasını istəməyən Moskva Paşinyanın məğlub olmasını dəstəkləyəcək. Ermənistan ictimaiyyəti yaxşı xatırlayır ki, revanşist cəbhədə təmsil olunan liderlərin dönəmində ölkədə ürəkaçan proseslər baş verməyib. Əksinə, "Qarabağ kartı"ndan istifadə edərək Azərbaycanla münasibətləri həmişə gərgin saxlayıblar, ölkə blokadaya düşüb. Paşinyan məhz həmin şəxslərin bütün nöqsanlarını ortaya qoyur, onları ifşa edir. Bu da istər-istəməz gərginliyi artırır".

Parlament üzvünün sözlərinə görə, parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər: "Paşinyan belə bir gediş edə bilər. Böyük ehtimalla, birinci rübdə, yəni üçüncü aya qədər, ən geci may ayına kimi seçkilər reallaşa bilər. Bu, müəyyən dərəcədə Paşinyanın əlini möhkəmləndirər. Çünki revanşistlərin seçkiyə daha yaxşı hazırlaşmasına imkan vermək olmaz. Paşinyan seçkilərdə qalib gələrsə, dərhal referenduma gedər. Bu da Azərbaycanın şərtlərinin reallaşması və regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması ilə nəticələnər. İtənilən halda unutmamalıyıq ki, erməni cəmiyyətinin beyninə yeridilmiş xəstə "böyük Ermənistan" ideologiyasını 2-3 ilə təmizləmək çox çətindir". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri