Ermənistanda qondarma soyqırımı muzey institutunun sabiq direktorunun mənzilində axtarış aparılır
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanda qondarma "soyqırımı" muzey-institutunun sabiq direktoru, tarix elmləri doktoru Ayk Demoyanın mənzilində axtarış aparılır.
APA “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə Demoyan özü sosial şəbəkələrdə məlumat verib.
O qeyd edib ki, axtarış onun iştirakı olmadan həyata keçirilir.
Ermənistanın İstintaq Komitəsi bildirib ki, axtarış muzeydən itmiş 19 dəyərli kitabla bağlı cinayət işi çərçivəsində aparılır.
Demoyanın muzeydən itmiş dəyərlı 19 kitabla bağlı müsahibəsində qeyd etdiyi mümkün məsul şəxslərin içərisində Xarici İşlər naziri Ararat Mirzoyanın və “Vətəndaş Müqaviləsi” deputatı Vladimir Vardanyan adları olub.
Məlumata görə, 2025-ci ilin noyabr ayında xarici işlər naziri Ararat Mirzoyan Demoyana qarşı itmiş kitablar işi ilə bağlı açıqlamaları səbəbindən məhkəməyə müraciət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 19 Yanvar 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















