Icma.az
close
up
RU
Ermənistanda seçkinin vaxtı bilindi: Bəs konstitusiya nə zaman dəyişəcək?

Ermənistanda seçkinin vaxtı bilindi: Bəs konstitusiya nə zaman dəyişəcək?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ermənistanda parlament seçkisinin vaxtı məlum olub. Parlamentin sədri Alen Simonyan seçkinin 2026-cı il iyunun 7-də keçiriləcəyini deyib. Xatırladaq ki, bir müddət əvvəl baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbulu üçün səsvermənin parlament seçkisindən sonra, daha dəqiq desək, 2027-ci ildə keçirilə biləcəyini açıqlamışdı.

Məlumdur ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün iki şərtin yerinə yetirilməsini - konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və ATƏT-in Minks qrupunun buraxılmasını tələb edir. Bəs belə olan halda, seçkiyə qədər Ermənistan hökuməti konstitusiyanı dəyişmək və sülh müqaviləsi imzalamaq üçün zəmin formalaşdıracaq, yoxsa, yenə də bunun əksini edəcək?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Oxu.Az-ın sualına cavabında bildirib ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı və ədalətli tələbləri var:

"Bu tələblərdən biri Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılmasıdır və Paşinyan da bunun fərqindədir. Ona görə də konstitusiya dəyişikliyinə gedilməsi ilə bağlı müəyyən açıqlamalar verilir, addımlar atılmaq istiqamətində fəaliyyət göstərilir. Amma məsələ burasındadır ki, nə Paşinyan, nə də Ermənistan dövləti müstəqil siyasət yürütmək iqtidarında deyil. Ermənistan dövlət olaraq şimal qonşumuzdan asılı olduğu qədər, Paşinyan hakimiyyəti də Qərb dünyasından, onun hakimiyyətə gətirən güclərdən asılı vəziyyətdədir və onların diqtəsi ilə oturub-durur. Bu güclər də indiki şərtlər daxilində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər və ona görə də prosesi uzatmaq istəyirlər".

"Bu gün Ermənistan üzərindən Rusiya ilə Qərb arasında qarşıdurma gedir. Bu mübarizənin yekunlaşmasını gözləyən hər iki tərəf Ermənistanı sülh müqaviləsi istiqamətində ciddi addım atmaqdan çəkindirir və buna görə də proses uzanır. Bu baxımdan, seçkilərə qədər Ermənistanda konstitusiya dəyişikliyi və bunun üçün zəruri olan referendumun keçiriləcəyinə ciddi zəmin yaranacağını hesab etmirəm. Düzdür, gözləntilərimiz Ermənistan konstitusiyasına dəyişiklik ediləcəyi ilə bağlıdır, amma bunun parlament seçkisinə qədər baş tutacağı ehtimalı aşağıdır. Qeyd etdiyim kimi, tərəflər qüvvələr nisbətini tam olaraq öz xeyirlərinə dəyişə bilməyiblər. Yəni bu gün Ermənistan Rusiyadan tam olaraq asılı vəziyyətdədir. Eyni zamanda, Paşinyanı hakimiyyətə gətirən güclər Rusiyanı Ermənistan ərazisindən sıxışdırıb çıxarmaq və özlərinin orada bərqərar olmasını hədəfləyirlər ki, buna da hələlik nail ola bilməyiblər. Yaxın gələcəkdə bu, mümkün görünmür. Bu səbəbdən də, sülh müqaviləsinin imzalanması istiqamətində maneələr törədilir, Ermənistanın konkret addımlar atmaq imkanlarının qarşısı alınır", - deyə deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Ermənistan konstitusiyasından sözügedən müddəaları çıxarmağa məcburdur:

"Amma bunun seçkilərə qədər reallaşacağı ehtimalı azdır. Çünki bu baş tutacağı təqdirdə, müxalifət Paşinyana qarşı bir qədər də motivasiya əldə edəcək. Bununla da istər Rusiya tərəfindən idarə olunan müxalifət aktivləşə, istərsə də Qərb tərəfindən alternativ müxalif qüvvələr üzə çıxarıla bilər. Bu baxımdan hesab edirəm ki, Paşinyan riskə getməyəcək və seçkiyə qədər öz hakimiyyətini qoruyub saxlayacaq. Hakimiyyətini bir qədər də gücləndirəndən sonra isə konstitusiya dəyişikliyi ilə bağlı addım ata bilər".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 İyun 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri