Ermənistanda son 10 ayda 30 169 müəssisə fəaliyyətini dayandırıb
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Ermənistanda cari ildə qüvvəyə minən vergi dəyişikliklərindən sonra kiçik və orta sahibkarlıq subyektlərinin vergi yükünü əhəmiyyətli dərəcədə artıran yeniliklər 2025-ci ilin ilk 10 ayında ölkədə görünməmiş sayda müəssisənin bağlanmasına səbəb olub.
Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.
Bundan əlavə, fəaliyyətini dayandıran fərdi sahibkarların və kommersiya təşkilatlarının sayı yeni qeydiyyatdan keçmiş və ya yenidən açılmış müəssisələrin sayından 3 429 çoxdur.
Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, xüsusilə yanvar-oktyabr aylarında Ermənistanda 30 169 vergi ödəyicisi fəaliyyətini dayandırıb ki, bunlardan 22 850-si fərdi sahibkar, 6 950-si isə kommersiya təşkilatı olub. Ötən ilin eyni dövründə 21 720 vergi ödəyicisi fəaliyyətini dayandırıb ki, bunlardan 15 632-si fərdi sahibkar və 5 758-i kommersiya təşkilatıdır.
Başqa sözlə, bağlanan müəssisələrin sayı əvvəlki illə müqayisədə 39 % və ya 8 476 ədəd artıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci il koronavirus pandemiyası dövründə Ermənistanda yalnız 22 154 təşkilat və fərdi sahibkar fəaliyyətlərini dayandırıb.
Bildirilir ki, ləğv edilmiş, qeydiyyatdan çıxarılmış və ya müvəqqəti dayandırılmış vergi ödəyiciləri fəaliyyətinə xitam verilmiş hesab olunurlar.
Baxış sayı:92
Bu xəbər 19 Noyabr 2025 03:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















