Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Ermənistanda “sülh” və “savaş” qüvvələri üz üzə

Ermənistanda “sülh” və “savaş” qüvvələri üz üzə

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Parlament seçkisi ərəfəsində İrəvana Şimaldan təzyiqlər də güclənib

Avropa İttifaqının Ermənistanda düzənlədiyi hərarətli “may günləri”nin istisi çəkilməmiş Nikol Paşinyan iqtidarının üzərinə Şimaldan soyuq küləklər əsir. İndidən məlumdur ki, 7 iyun parlament seçkiləri təkcə Hayastanda yox, bütövlükdə, regiondakı proseslərin inkişaf dinamikasına özünün korrektələrini edəcək. Bir tərəfdə Nikol Paşinyan, qarşı tərəfdə Robert Köçəryan və Samvel Karapetyanın hakimiyyət uğrunda mübarizəsini, şərti olaraq, “sülh” və “antisülh” cəbhəsi adlandırmaq olar.

“Antisülh”çülərin Rusiyadan aldıqları dəstək özünü ən müxtəlif formalarda büruzə verməkdədir. “Bizim Ermənistanla münasibətlərimiz var və bu münasibətlər müttəfiqlər kimi yaxındır. Amma, eyni zamanda, onlar həm də mürəkkəbdir. Nəzərə almalıyıq ki, Qərb MDB-nin bəzi üzvlərinin timsalında Ermənistanı da özünə tabe etdirməyə, onun MDB və Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi, ticari və investisiya əlaqələrini kəsməyə çalışır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O, Rusiya–Ermənistan münasibətlərinin hazırkı durumunun Aİİ-nin qarşıdakı sammitində müzakirə mövzularından biri olacağını açıqlayıb. Sammitin mayın sonlarında Qazaxıstanda keçirilməsi planlaşdırılır və Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası ilə əlaqədar Aİİ-nin bu tədbirində iştirak edə bilməyəcəyini deyib.

Ermənistanın postsovet qurumlarına yanaşmada son hərəkətlərindən narazılıq notları Rusiya mediasında da eşidilməkdədir. Rusiyanın tanınmış Teleqram kanalı “Baza”nın yaydığı məlumata görə, Ermənistanın Aİİ-dən çıxması bu ölkəyə, ən azı, 5 milyard dollara başa gələcək. Bu məbləğin böyük qisminin Rusiyadan alınan təbii qazın bahalaşması ilə bağlı olacağı barədə xəbərdarlıq edilir. Xatırladaq ki, İrəvan üçün “mavi yanacağın” hazırkı qiyməti min kubmetr üçün 177,5 ABŞ dollarıdır. Amma Ermənistan Aİİ-dən çıxacağı təqdirdə, qiymət 550 dollara qədər qalxa bilər. Bu isə o deməkdir ki, İrəvanın illik əlavə ödənişi təxminən 800 milyon dollar təşkil edəcək. Yəni Lavrovun xəbərdarlığı elektron medianın “özəl hesablaması” ilə real landşafta salınır.

Üstəlik, o da bildirilir ki, Ermənistan 2024-cü ildə ölkəyə əhəmiyyətli gəlir gətirən sanksiyalara məruz qalan malların Rusiyaya təkrar ixracının dayandırılması, eləcə də Rusiyaya birbaşa ixracın potensialının azalması təhlükəsi səbəbindən milyard dollarlıq böyük itkilərlə üzləşə bilər. Şimallı analitiklər Ermənistan məhsulları üçün uyğun alternativ bazarların olmaması barədə də xəbərdarlıq edirlər.

***

Obrazlı desək, parlament seçkiləri yaxınlaşdıqca, Moskva Ermənistanın siyasi hakimiyyəti ətrafında həm çəmbərin daraldılması, həm də “qaz krantı” ilgəyinin sıxılması kimi təzyiq vasitələrini dövriyyəyə buracağı xəbərdarlıq-tezislərini səsləndirməkdədir. Güman edə bilərik ki, İrəvan üçün taleyüklü indiki məqamda Kremlin iqtisadi təsir rıçaqlarından faydalanmağa başlamasının səbəblərindən biri də mayın 5-də Nikol Paşinyanın parlament seçkilərində yenidən baş nazir olacağı təqdirdə, Ermənistanın Aİİ-dən vaz keçib Aİ-yə daxil olub-olmayacağı ilə bağlı suala birbaşa cavabdan yayınmasıdır.

Bu azmış kimi, İrəvanda Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenlə keçirdiyi brifinqdə Paşinyan Ermənistanın Aİ ilə əlaqələrində böyük potensialın olduğu və tərəflərin çox mühüm strateji layihələri birgə həyata keçirəcəklərinə əminliyini ifadə etmişdi. Bu davranış Moskvanın səbrini daşırmağa yetərli olub.

Rusiya Prezidenti Vladimir Putin, faktiki olaraq, Ermənistana Aİİ-dən “dinc yolla boşanmağı” təklif etmişdi. Bunun cavabında isə Nikol Paşinyan “dövlətlərlə beynəlxalq təşkilatlar arasında münasibətlər heç də nikah kimi deyil” demişdi. Hazırda Kremlin Paşinyan hökumətini bütün cəbhələrdə zəiflətməyə, daxildə reytinqini endirməyə çalışmasının səbəbi məlumdur – qarşıdan parlament seçkiləri gəlir. Amma Kremlin İrəvana təsir rıçaqları heç də 5-10 il əvvəlki effektdə deyil. Bəli, Rusiyanın Ermənistanla dərin iqtisadi əlaqələri var və İrəvan da Rusiyaya sanksiyaya məruz qalan malların tədarükçüsü kimi yaxşı faydalanır. İntəhası, bütün bu amillərin 7 iyun seçkisinin nəticələrinə ciddi təsir göstərəcəyini söyləməyə əsas vermir.

Aydın məsələdir ki, təbii qazın qiymətinin kəskin artırılması təhlükəsi Kremlin erməni elektoratına təsir mexanizminin bir elementidir. Bəli, Rusiya Paşinyanın üçüncü baş nazirlik dönəmində hər vəchlə Ermənistanda sabitliyi pozmağa cəhd edəcək. Amma proqnozlaşdırdığımız durumda rəsmi İrəvanın qonşuları – Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək siyasəti bu ölkəyə uzunmüddətli iqtisadi dividendlər gətirə bilər. Hətta ola bilər ki, sülh sazişi imzalandıqdan sonra Türkiyə və Azərbaycan investisiyaları bu ölkəyə daxil olsun və hətta Bakı gələcəkdə Ermənistanın enerji ehtiyaclarıını ödəsin. Bizim bu qənaətimizi bölüşən erməni analitik, İrəvan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyanın fikrincə, Moskva artıq qəbul etmək məcburiyyətindədir ki, Ermənistanın Rusiyadan uzaqlaşması davamlı və geridönməz prosesə çevrilir.

***

Mayın əvvəllərində “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən sammiti, yəni “Qərb günləri” Moskva üçün hərəkətə keçməyin katalizator rolunu oynadı. Doğrudur, az sonra spiker Alen Simonyan Ermənistanın iqtisadi sabitliyinin əsas amili kimi Aİİ üzvlüyünə üstünlük verdiyini və yaxın gələcəkdə bu statusa yenidən baxmaq niyyətində olmadığını açıqladı. Simonyanın bu açıqlaması Vladimir Putin və Sergey Lavrovun az qala təhdid kimi səslənən son bəyanatları, Rusiya baş nazirinin müavini Aleksey Overçukun və Rusiya Xarici İşlər Nazirliyi departamentinin rəhbəri Mixail Kaluqinin Ermənistan–Rusiya əməkdaşlığının bütün sahələrini və onun məhdudlaşdırılmasının fəsadlarını ətraflı izah edən müsahibələri, habelə rəsmi Moskvanın mediada yer alan müharibə ritorikalı xəbərləri fonunda səsləndi.

Kreml İrəvanın bu mövqeyindən razı qaldı. Hazırda, demək olar ki, hamı Ermənistanda parlament seçkilərinin nəticələrini bu ölkə ilə gələcək münasibətləri qurmaq üçün fürsət bildiyi halda, Rusiya hələ də konkret cavablar istəyir. Onun üçün “davamlı iqtisadi fayda müqabilində loyallığı qorumaq” düsturu gündəmdədir. Elə Aİİ-nin qarşıdan gələn sammitinin Ermənistan üçün narahatedici məsələlərin müzakirəsinə həsr olunacağı da diqqətlə izlənəcək.

Yerli ekspertlər hesab edirlər ki, Moskvanın çətin siyasi və iqtisadi vəziyyətdə olan Ermənistan hakimiyyətinə seçkilər öncəsi təzyiq göstərməklə, sadəcə, süni şəkildə öz payını və nüfuzunu yüksəltmək variantı da istisna deyil. Axı qarşıdakı sammitdə Ermənistan Aİİ-dən çıxarılarsa, xüsusən də onun qismən beynəlxalq təcridini nəzərə alsaq, Rusiyanın özü də xeyli itirəcək. Təbii ki, itkilərin miqyası simmetrik olmayacaq, amma dəqiq hesablamalar Ermənistanın istənilən anda hansı qurumdan qopmağa daha çox hazır olduğunu aşkar edə bilər. Bu da danılmaz həqiqətdir ki, öz suverenliyini möhkəmləndirmək üçün Ermənistanın iqtisadi, enerji və təhlükəsizlik sahələrində xarici qarşılıqlı əlaqələrini şaxələndirməkdən başqa yolu yoxdur.

Bu baxımdan, İrəvan ABŞ-a və yaxın qonşuları ilə münasibətlərinə praqmatik yanaşmalı, onları özünün prioritet tərəfdaşları kimi görməlidir. Eyni zamanda, bu tərəfdaşlığın potensialını reallaşdırmaq üçün TRIPP və onunla müqayisə olunan strateji əməkdaşlıq layihələrini də mütləq nəzərə almalıdır.

Dünyanın indiki qlobal qeyri-sabitlik şəraitində İrəvan üçün alternativlərin olmaması ciddi risklərlə doludur. Həm də bu səbəbdən ikitərəfli Ermənistan – Azərbaycan və Ermənistan – Türkiyə formatı regional layihələrin inkişafını əsaslandıran amildir. Ümid edək ki, bu format tezliklə real məzmun kəsb edəcək.

İ.HƏSƏNQALA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri