Soydaşımız Ermənistanda polislərlə üz üzə gəldi VİDEO
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanda çəkdiyi videolarla diqqətləri üzərinə çəkən əslən Qərbi Azərbaycandan olan soydaşımız Rövşən Əhmədovun videoları sosial şəbəkələrdə yayılmaqda davam edir.
Modern.az xəbər verir ki, budəfəki paylaşımda görünür ki, erməni polislər doğma kəndlərində gəzintiyə çıxan həmyerlilərimizə - Rövşən Əhmədov və qardaşına yaxınlaşıb.
Videodan aydın olur ki, söhbət zamanı Rövşən Əhmədov polislərdən tanışlarının evi barədə polislərdən soruşub. Polislər isə bu barədə məlumat verməyiblər.
Xatırladaq ki, Rövşən Əhmədov bundan əvvəl İrəvanın mərkəzindən və Gümrüdən paylaşımlar edib. O, əslən Ermənistanın Amasiya rayonunun Öksüz kəndindəndir və 1980-ci illərin sonunda etnik təmizləmələr zamanı doğma yurdunu tərk edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 18 Fevral 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















