Ermənistanda tok şou iştirakçıları efirdə dalaşıblar
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Həm məzmun yaxşı idi, həm də bu “Mülki Müqavilə” təbliğatçısı ilə yaxşı maarifləndirici məqam idi"
Ermənistanda müxalif jurnalist Boris Murazi və Baş nazir Nikol Paşinyanın tərəfdarı Harutyun Mkrtçyan İctimai Televiziyada yayımlanan siyasi tok-şou zamanı dava ediblər. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, hadisə "Birləşmiş müxalifət gündəmi: böyük debat" verilişində baş verib.
Davadan əvvəl şifahi mübahisə baş verib. Kanal hadisədən bir gün sonra səs yazısını yayımlayıb.
Tərəflər bir-birinin valideynlərinə qarşı nalayiq ifadələr də daxil olmaqla, təhqirlər səsləndiriblər.
Hadisəni şərh edən Boris Murazi qeyd edib ki, davanın yer aldığı epizodun yayımlanmasına və montaj edilməməsinə sevinib.
"Həm məzmun yaxşı idi, həm də bu “Mülki Müqavilə” təbliğatçısı ilə yaxşı maarifləndirici məqam idi", - deyə o bildirib.
Murazi izləyicilərin hadisənin necə başladığına diqqət yetirəcəyinə ümid etdiyini vurğulayıb.
Baxış sayı:46
Bu xəbər 16 Noyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















