Ermənistandakı Hindistan vətəndaşlarının etiraz aksiyası: Səfir İcevana gedib
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Hindistanın Ermənistandakı səfiri Nilakşi Saha Sinhu müqavilələrinə yenidən baxılmasını tələb edən hindistanlı işçilərin etiraz tətili ilə əlaqədar İcevandadır.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "İdj Qrand Tekstil" tekstil müəssisəsinin direktoru Mqer Mirzoyan məlumat verib.
Xatırladaq ki, avqustun 6-da sosial şəbəkələrdə yayılan videogörüntülərdə Hindistandan olan miqrant işçilərin etiraz əlaməti olaraq İcevanda yolu bağladıqları kadrlar əks olunmuşdu.
İlkin olaraq, Hindistandan gələn işçilərə maaş verilmədiyi bildirilsə də, sonradan məlum olmuşdu ki, 205 etirazçının hamısı rəsmi şəkildə işlə təmin olunub, üçillik müqavilələri var və şirkətin onlara maaşla bağlı borcu yoxdur. "İdj Qrand Tekstil" fabrikinin direktoru Mqer Mirzoyanın sözlərinə görə, onlar maaşların artırılmasını tələb edirlər.
"Səfir hazırda buradadır və biz konsensusa nail olmağa çalışırıq", - deyə Mirzoyan ətraflı məlumatı sonra verəcəyini vəd edib.
Qeyd edək ki, "İdj Grand Tekstil" müəssisəsində 205 İran, 170 Ermənistan vətəndaşı çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 11 Avqust 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















