“Ermənistandan keçən 42 kilometrlik hissə ilə bağlı danışıqlar aparılır”
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması çərçivəsində ölkəmizin ərazisində avtomobil və dəmir yolları ilə bağlı işlər gələn ilin əvvəlində tamamlanacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla Bakıda birgə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ ilə Ermənistan arasında TRIPP layihəsinin icrası istiqamətində hazırlıq işləri çərçivəsində bu ölkənin ərazisindən keçən 42 kilometrlik hissə ilə bağlı danışıqlar aparılır: “Lakin layihənin texniki parametrləri Azərbaycanla razılaşdırılmalıdır. Kommunikasiyaların giriş və çıxış hissələri Azərbaycan ərazisində yerləşir.
Üçtərəfli Texniki Planlaşdırma Qrupu nəqliyyat marşrutu və eyni kabel layihəsi üzrə texniki göstəriciləri razılaşdıracaq”.
Nazir həmçinin bildirib ki, Azərbaycan öz ərazisində avtomobil və dəmir yollarının tikintisi ilə bağlı işləri yekunlaşdırmaq üzrədir: “Bu prosesin gələn ilin əvvəlində tam başa çatdırılması nəzərdə tutulur”.
Günel İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 18 Noyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















