Icma.az
close
up
RU
“Ermənistanın Azərbaycan təbiətinə vurduğu zərəri sözlə ifadə edə bilmirəm” MÜSAHİBƏ

“Ermənistanın Azərbaycan təbiətinə vurduğu zərəri sözlə ifadə edə bilmirəm” MÜSAHİBƏ

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini uğurla davam etdirir. Tədbirə dünyanın müxtəlif ölkələrindən onminlərlə qonaq qatılıb.
COP29-da iştirak edən tanınmış simalardan biri də dünya şöhrətli fotoqraf Rza Deqatidir.
Tanınmış fotoqraf konfransla bağlı düşüncələrini Bizim.Media ilə bölüşüb.
Rza Deqati ilə müsahibəni təqdim edirik:
- Rza bəy, konfransla bağlı ilkin təəssüratınız necədir?
- COP29 çox mötəbər tədbirdir. Bütün dünyanın gözü hazırda Azərbaycandadır. 190-dan artıq ölkənin nümayəndəsi COP29 tədbirlərinə qatılıb. Yəni elə bir dövlət yoxdur ki, Azərbaycanda keçirilən bu tədbirin kənarında qalsın. Mən bir çox COP tədbirlərində iştirak etmişəm, onları araşdırmışam. Amma COP29-a olan marağı heç birində görməmişəm. Hər bir insan sanki COP29-a töhfə vermək və yaxud ondan bəhrələnmək istəyir. Bu da ondan irəli gəlir ki, artıq bütün dünya bilir və görür ki, Azərbaycan danışmır, iş görür.
- Siz həm birinci, həm də ki, ikinci Qarabağ savaşının canlı şahidi olub, gördüyünüz mənzərələri lentə almısınız. Sizcə, 30 illik işğal dövründə Ermənistan Azərbaycan təbiətinə və iqliminə nə qədər ziyan vurub?
- Mən 43 illik iş həyatımda çox müharibələr görmüşəm. Amma gördüyüm hərbi savaşların nəticələri iqlim dəyişkənliyinin yaratdığı faciələr fonunda çox kiçik görünür. Dünyanın hər yerində bu gün hərbi savaş yoxdur. Amma bu gün dünyanın hər yerində iqlim dəyişkənliyinin yaratdığı fəsadlardan insanlar ölür. Bu da o deməkdir ki, iqlim dəyişkənliyi ən qorxunc müharibədir.

Mən Azərbaycanın işğaldan azad olunmuş ərazilərini qarış-qarış gəzmişəm. Ermənistanın Azərbaycan təbiətinə vurduğu dəhşətli zərbəni sözlə ifadə etmək olmur. İşğal dövründə Ermənistan Azərbaycanın yeraltı və yerüstü sərvətlərini təkcə talamayıb, həm də təbiətini məhv edib. Bununla da ermənilər təkcə Azərbaycanda yox, həm də regionda iqlim dəyişikliyinə öz “töhfələrini veriblər”. Ona görə də bir çox ölkələr kimi Azərbaycan da bu gün təbii fəlakətlərlə, anomal istilərlə üz-üzə qalıb.
- Amma Ermənistan Azərbaycan təbiətinə zərər vurmaq üçün bu gün də əlindən gələni edir...
- Bəli, Ermənistan Araz çayını çirkləndirməkdə davam edir. Bu çaya hətta radioaktiv maddələr axıdılır. Bu da təkcə insanları deyil, həm də təbiəti məhv edir.
- Bəlkə elə bu cinayətlərdən gizlənmək üçün Ermənistan rəsmiləri COP29 tədbirlərinə qatılmayıb?
- COP29 elə bir tədbirdir ki, onun sahibi yoxdur. Ora bütün düşmən dövlətlərin təmsilçiləri də qatılır. Məsələn, COP29-a qatılan dövlətlərin hamısı bir-birləri ilə dost deyillər. Ona görə də həm Ermənistanın, həm də Fransanın bu tədbirə qatılmamasının çox səbəbləri var. Biri də siz deyən səbəbdir...
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Noyabr 2024 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see294

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see258

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see231

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see212

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see141

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see138

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see133

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see133

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see129

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see127

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see124

Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib gedib?

23 Oktyabr 2025 16:28see124

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri