Icma.az
close
up
RU
Rza Deqati: “Ermənistanın Azərbaycan təbiətinə vurduğu zərəri sözlə ifadə edə bilmirəm” MÜSAHİBƏ

Rza Deqati: “Ermənistanın Azərbaycan təbiətinə vurduğu zərəri sözlə ifadə edə bilmirəm” MÜSAHİBƏ

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini uğurla davam etdirir. Tədbirə dünyanın müxtəlif ölkələrindən onminlərlə qonaq qatılıb.
COP29-da iştirak edən tanınmış simalardan biri də dünya şöhrətli fotoqraf Rza Deqatidir.

Tanınmış fotoqraf konfransla bağlı düşüncələrini Bizim.Media ilə bölüşüb.
Rza Deqati ilə müsahibəni təqdim edirik:
- Rza bəy, konfransla bağlı ilkin təəssüratınız necədir?
- COP29 Çox mötəbər tədbirdir. Bütün dünyanın gözü hazırda Azərbaycandadır. 190-dan artıq ölkənin nümayəndəsi COP29 tədbirlərinə qatılıb. Yəni elə bir dövlət yoxdur ki, Azərbaycanda keçirilən bu tədbirin kənarında qalsın. Mən bir çox COP tədbirlərində iştirak etmişəm, onları araşdırmışam. Amma COP29-a olan marağı heç birində görməmişəm. Hər bir insan sanki COP29-a töhfə vermək və yaxud ondan bəhrələnmək istəyir. Bu da ondan irəli gəlir ki, artıq bütün dünya bilir və görür ki, Azərbaycan danışmır, iş görür.
- Siz həm birinci, həm də ki, ikinci Qarabağ savaşının canlı şahidi olub, gördüyünüz mənzərələri lentə almısınız. Sizcə, 30 illik işğal dövründə Ermənistan Azərbaycan təbiətinə və iqliminə nə qədər zərbə vurub?
- Mən 43 illik iş həyatımda çox müharibələr görmüşəm. Amma gördüyüm hərbi savaşların nəticələri iqlim dəyişkənliyinin yaratdığı faciələr fonunda çox kiçik görünür. Dünyanın hər yerində bu gün hərbi savaş yoxdur. Amma bu gün dünyanın hər yerində iqlim dəyişkənliyinin yaratdığı fəsadlardan insanlar ölür. Bu da o deməkdir ki, iqlim dəyişkənliyi ən qorxunc müharibədir.

Mən Azərbaycanın işğaldan azad olunmuş ərazilərini qarış-qarış gəzmişəm. Ermənistanın Azərbaycan təbiətinə vurduğu dəhşətli zərbəni sözlə ifadə etmək olmur. İşğal dövründə Ermənistan Azərbaycanın yeraltı və yerüstü sərvətlərini təkcə talamayıb, həm də təbiətini məhv edib. Bununla da ermənilər təkcə Azərbaycanda yox, həm də regionda iqlim dəyişikliyinə öz “töhfələrini veriblər”. Ona görə də bir çox ölkələr kimi Azərbaycan da bu gün təbii fəlakətlərlə, anomal istilərlə üz-üzə qalıb.
- Amma Ermənistan Azərbaycan təbiətinə zərər vurmaq üçün bu gün də əlindən gələni edir...
- Bəli, Ermənistan Araz çayını çirkləndirməkdə davam edir. Bu çaya hətta radioaktiv maddələr axıdılır. Bu da təkcə insanları deyil, həm də təbiəti məhv edir.
- Bəlkə elə bu cinayətlərdən gizlənmək üçün Ermənistan rəsmiləri COP29 tədbirlərinə qatılmayıb?
- COP elə bir tədbirdir ki, onun sahibi yoxdur. Ora bütün düşmən dövlətlərin təmsilçiləri də qatılır. Məsələn, COP29-a qatılan dövlətlərin hamısı bir-birləri ilə dost deyillər. Ona görə də həm Ermənistanın, həm də Fransanın bu tədbirə qatılmamasının çox səbəbləri var. Biri də siz deyən səbəbdir...
Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Noyabr 2024 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri