Icma.az
close
up
RU
“Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və soyqırımı törətməsi uzaq keçmiş deyil”

“Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və soyqırımı törətməsi uzaq keçmiş deyil”

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fuad Hüseynzadə: “Bu hərbi cinayətləri tutarlı tarixi faktlar təsdiq edir”

Azərbaycanın milli məsələləri və dövlətin yürütdüyü siyasətə vətəndaş cəmiyyəti strukturkları ciddi dəstək verməlidirlər. Azərbaycanda vətəndaş cəmiyyəti strukturları arasında ən aktibv qeyri hökumət təşkilatlarıdır . Buna görə də QHT-lərin icra etdiyi layihələr və mövzuların seçilməsi xüsusi əhmiyyət daşıyır.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuaf Hüseynzadə “Xalq Cəbhəsi”nə müsahibəsində

bildirib ki, rəhbərlik etdiyi təşkilat “Qərbi Azərbaycan həqiqətləri” layihəsini icra edir. DFJD-nın sədri suallarımıza aydınlıq gətirib.

-Fuad müəllim, öncə hazırda icra etdiyiniz layihənin məzmunu haqqında məlumat verməyinizi istərdik...

-Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və soyqırımı törətməsi heç də uzaq tarixi keçmiş deyil. Bu hərbi cinayətləri tutarlı tarixi faktlar təsdiq edir. Ayrıca, istər Qərbi Azərbaycanda, istərsə də Qarabağda etnik təmizləməyə məruz qalan şahid qismində minlərlər soydaşımız var...Bu gün Qarabağın tarixi Azəraycan üçün nədirsə, İrəvanın, Qərbi Azərbaycanın da tarixi o cür əhəmiyyətlidir. Artıq Azərbaycan Qarabağ məsələsini həll edərək ərazi bütövlüyünü tam təmin edib. Qarşıda Azərbaycan dövlətini geosiyasi faktora çevirəcək növbəti tarixi mərhələ gözləyir: Zəngəzur dəhlizinin açılması və Qərbi Azərbaycana qayıdış. 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlər keçirilir. Bu məqsədlə Qayıdış Konsepsiyası qəbul olunub. Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə sənəddir.

Hazırda Qərbi Azərbaycana qayıdışla bağlı kifayət qədər fəaliyyət var. Amma bu işlər daha çox daxilə profillənib. Hətta xaricdə bu mövzuda keçirilən tədbirlər belə, ancaq yerli mətbuatda işıqlandırılır. Beynəlxalq ictimaiyyətin bu məsələdən daha çox xəbəri olsun deyə “Qərbi Azərbaycan həqiqətləri” layihəsini Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiririk. Çünki son zamanlar beynəlxalq konfranslarda Ermənistanın rəhbərliyi Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbini Ermənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə verməyə çalışır. Buna görə də Ermənistanın müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikasının qarşını almaq üçün xarici internet resurslarda Qərbi azərbaycanlıların dinc yaşayış və qayıdışı ilə bağlı yazıların verilməsi məqsədəuyğundur.

-Bu mövzu nə dərəcədə aktualdır?

-1988-1991-ci illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb. Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailəyə dəymiş ziyan hesablanır. Ümumi olaraq Ermənistandan deportasiya edilmiş 300 mindən artıq azərbaycanlının qayıdış hüququnu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq mühüm əhəmiyyət kəsb edir. Çünki hazırkı vəziyyətdə, xüsusən Qərbi Azərbaycan həqiqətli ilə bağlı xarici internet resurslarında materiallar istənilən səviyyədə yayımlanmır. “Google”də əcnəbi dillərdə axtarış verdikdə, demək olar ki, bu haqda xarici KİV-lərdə dərc edilən yazı üzə çıxmır. Müşahidələrimiz göstərir ki, bir sıra xarici araşdırmaçılar ermənilərin yerləşdirdikləri əsasız mənbələrdən istifadə edirlər. Bu baxımdan beynəlxalq mediada Qərbi Azərbaycanla bağlı məqalələrin yerləşdirilməsinə, zənginləşdirilməsinə ehtiyac var. Bu işlərin zəruruliyi ilə bağlı Prezident İlham Əliyev dəfələrlə cağırış edib. Vətən müharibəsi dövründə ölkə başçısının şəxsən xarici KİV-lərə verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin beynəlxalq mediada yayılmasının nə dərəcədə vacib olmasının bariz nüminəsidir. Prezident İlham Əliyev, xüsusən 24.12.2022-ci ildə QAİ-nın ziyalıları ilə görüşündə bir daha qeyd edib ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Cənab Prezident “Rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalıdır” deyərək informasiya müharibəsinin əhəmiyyətini, xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmasların qurulmasının vacibliyini vurğulayıb. Göründüyü kimi, bu fəaliyyət istiqaməti dövlətin də marağındadır və hər zaman aktualdır. Cənab Prezidentin bu çağırışlarının reallaşdırılmasına töhfə olaraq Qərbi Azərbaycanla bağlı həqiqətləri beynəlxalq onlayn resurslarda təbliğ etməyi vacib bilirik.

-Bəs, layihənin əsas məqsədi nədir?

-Məqsədimiz Qərbi Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq aləmi məlumatlandırmaq, Ermənistanın etnik təmizləmə siyasətini ifşa etmək, dünya ictimaiyyətində Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdış prosesi haqqında düzgün fikir formalaşdırmaqdır. Həmçinin məqsəd əcnəbi jurnalist və QHT-lərlə tərəfdaşlığı gücləndirərək rəsmi İrəvanın bu kimi mövzularda Azərbaycanla bağlı yalan məlumatlarının qarşısını almaq, xaricdə media dayaqlarımızı gücləndirmək və diasporumuzu bu işə təşviq etməkdir.

Nəticə olaraq Qərbi Azərbaycanın tarixi ilə maraqlanan əcənəbi araşdırmaçılar, tarixçilər və s. layihə çərçivəsində beynəlxalq onlayn resurslarda yerləşdirilən məqalələrdən mənbə kimi istifadə edəcəklər.

Dünya ictimaiyyəti layihə çərçivəsində yayımlanan məqalələri oxumaqla soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı ilə bağlı yetərli, dolğun məlumat əldə edəcəklər.

-Layihə çərçivəsində hanıs işlər görübsünüz?

-Layihə ilə bağlı tədbir və fəaliyyətlər Azərbaycan, ABŞ, Özbəkistan, Suriya, Pakistan, Malayziya, Misir, İordaniya, Polşa, Əcəzair, İraq, Mərakeş, Ukrayna və Küveytdə olub. Belə ki, layihə müddətində Qərbi azərbaycanlıların Ermənistanın soyqırımına, deportasiyalara məruz qalması, bu soydaşlarımızın hüquqlarının bərpa olunması, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılması istiqamətində görülən işlər, azərbaycanlıların ermənilərlə birgə yaşayışı, Qərbi Azərbaycanda tarixi-mədəni abidələrimizin dağıdılması və s. mövzularla bağlı 3 məqalə qeyd etdiyim ölklərin mediasında məqalələr dərc olunub. Yazılarda Qrəbi Azərbaycanın tanınmış simları haqqında, etnik təmizləməyə məruz qalan şahidlərin xatirələri yer alıb. Həmçinin araşdırma yazılar verilib.

-Bu layihənizin əsas tərəfdaşları hansı qurumlardır?

-Əsas tərəfdaşlar Qərbi Azərbaycan İcması və Pakistanın Kəşmir Gənclər Forumudur. Layihə müddətində Qərbi Azərbaycanla bağlı müvafiq faktların əldə olunmasında, eləcə də fəaliyyət göstərdiyimiz ölkələrin KİV-ləri ilə əlaqələrin qurulmasında tərəfdaşların rolu önəmilidir.

Layihə çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyi, Küveytin Ərəb Elektron Media Birliyi, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi və Misir-Azərbaycan Dostluq Cəmiyyəti ilə əməkdaşlıq olub

Bu layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlər kütləyə hesablanıb. Belə ki, layihənin ümumi hədəfi beynəlxalq ictimaiyyətin Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlanmasıdır. Layihənin ünvanlandığı əhali qrupu konkret olaraq ABŞ, Özbəkistan, Suriya, Pakistan, Malayziya, Misir, İordaniya, Polşa, Əcəzair, İraq, Mərakeş, Ukrayna və Küveyt əhalisidir. Bundan başqa layihə çərçivəsində əməkdaşlıq edəcəyimiz jurnalist və qeyd edilən ölkələrdəki diaspor üzvləri də layihədə iştirak edəcək və bu fəaliyyətdən faydalanmaq imkanı qazanacaq. 13 ölkənin baxımlı saytlarında yazıların daimi qalacağını nəzərə alaraq layihədən faydalananların sayının minlərlə insan olacağını proqnozlaşdırırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see172

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see150

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see148

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see144

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see142

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see141

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see139

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see136

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see135

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see133

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see131

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see129

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see127

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see126

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see123

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see121

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see120

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see120

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see119

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri