Icma.az
close
up
RU
Ermənistanın bu addımı Rusiya ilə gərginliyi artıra bilər Açıqlama

Ermənistanın bu addımı Rusiya ilə gərginliyi artıra bilər Açıqlama

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Ermənistanın Ukrayna üçün pilotsuz uçuş aparatları (PUA) və ballistik silahların istehsalına cəlb oluna biləcəyi iddia edilir. Məlumata görə, söhbət əsasən Ermənistanda mövcud istehsal güclərindən istifadə etməklə Ukrayna ilə birgə PUA və ballistik silahların, daha çox isə onların yığılmasının təşkilindən gedir. İddialara əsasən, istehsal prosesinə Ukrayna tərəfinin operativ nəzarət etməsi nəzərdə tutulur.
Rusiya belə əməkdaşlığa necə reaksiya verə bilər və Moskvanın Ermənistana qarşı siyasi, iqtisadi və ya hərbi xarakterli addımlar atması ehtimalı nə qədərdir?
Demokrat.az-a bu barədə açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Ermənistanın Ukrayna ilə birgə PUA və ballistik silah istehsalına cəlb olunması barədə iddia hazırda hələ ki rəsmi şəkildə təsdiq olunmayıb:
“Odur ki, bu məsələni mümkün əməkdaşlıq ssenarisi kimi qiymətləndirmək daha düzgün olar. Prinsipcə, belə bir ehtimal ümumən məntiqsiz deyil. Çünki Ukrayna artıq müxtəlif ölkələrlə müdafiə sənayesi üzrə birgə istehsal imkanlarını genişləndirir və xüsusən də Avropa ilə PUA, antidron və gələcəkdə antiballistik sistemlərin istehsalı üzrə əməkdaşlıq planları mövcuddur.
Lakin burada ballistik silah istehsalı məsələsinə xüsusilə ehtiyatla yanaşmaq lazımdır. Ballistik raketlərin hazırlanması və istehsalı PUA yığımından texnoloji baxımdan tamamilə fərqli səviyyədir və ciddi sənaye, mühəndislik, sınaq və logistika infrastrukturu tələb edir. Buna görə yaxın perspektivdə Ermənistanda Ukrayna üçün genişmiqyaslı ballistik raket istehsalının təşkili real görünmür. PUA-ların yığılması, komponentlərin istehsalı və ya texniki xidmət mərkəzlərinin yaradılması isə prinsipcə mümkündür”.
Politoloq qeyd edib ki, burada əsas məsələ Ermənistanın xarici siyasətində və müdafiə sektorunda Rusiyadan uzaqlaşma prosesinin sürətlənməsidir:
“İrəvan son illərdə Qərb və digər tərəfdaşlarla müdafiə əməkdaşlığını genişləndirir. Eyni zamanda Moskva Ermənistanın nəqliyyat və təhlükəsizlik sahələrində Rusiya təsirini azaltmaq cəhdlərinə artıq açıq şəkildə etiraz edir. Məsələn, Rusiya Xarici İşlər Nazirliyi avqustun 26-da Ermənistanı Cənubi Qafqaz Dəmir Yolu konsessiyası məsələsində Qərbin təzyiqinə məruz qalmaqda ittiham edib.
Əgər Ukrayna ilə belə bir hərbi-texniki layihənin yaradılması həqiqətən təsdiqlənsə, Moskvanın reaksiyası kifayət qədər sərt ola bilər. Xüsusən də siyasi və iqtisadi təzyiq daha real görünür. Rusiya ikitərəfli münasibətlərdə mövcud olan diplomatik təzyiqi daha da artıra, enerji, ticarət, nəqliyyat və əmək miqrasiyası kimi sahələrdə təsir imkanlarından istifadə edə bilər. Hərbi müdaxilə isə daha mürəkkəb məsələdir və indiki şərtlər daxilində Rusiyanın ikinci cəbhə açmaq ehtimalı böyük deyil. Çünki Rusiya da bilir ki, belə bir addım Rusiyanın Cənubi Qafqazdakı onsuz da zəifləmiş mövqeyini daha da çətin vəziyyətə sala bilər”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Avqust 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri