Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Ermənistanın çıxış yolu: Qərbi Azərbaycan reallığının etirafı ANALİZ

Ermənistanın çıxış yolu: Qərbi Azərbaycan reallığının etirafı ANALİZ

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qərbi azərbaycanlılarının pozulan hüquqlarının bərpası Azərbaycanın ictimai-siyasi fikrinin başlıca mövzularındandır. Bunu həm də rəsmi Bakının xarici siyasətinin prioritetlərindən saymaq olar.

300 minə yaxın Qərbi azərbaycanlının tapdanan vətəndaşlıq, insan və mülkiyyət hüquqlarının bərpası həm də regionda dayanıqlı sülh, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaranması üçün başlıca şərtlərdəndir.

Ermənistan vətəndaşlarının pozulan hüquqlarının bərpasını görməzliyə salır. Rəsmi İrəvan bu məsələyə bir çox hallarda qərəzli yanaşır. Onlar bunu Azərbaycanın qonşu ölkəyə guya ərazi iddiası kimi təqdim etməyə səy göstərir.

Halbuki, bu ən sadə məsələdir - 1987-1991-ci illərdə 300 minədək azərbaycanlı öz tarixi torpaqlarından, yurd-yuvalarından sovet əsgərləri və erməni “fəallar” tərəfindən zorla çıxarılıb. Onların mal-mülkü, evləri və başqa tikililəri əllərindən qanunsuz olaraq alınıb. İndi həmin yerlərin əsl sahibləri pozulmuş hüquqlarının bərpasını istəyir. Beynəlxalq ictimaiyyətin diqqətini də bu məsələyə cəlb edir.

Burada söhbət ərazi iddiası deyil, pozulmuş insan hüquqlarının bərpasından gedir.

Azərbaycan-Ermənistan danışıqlarının mövzularından biri də, bu məsələ ola bilər. Baş nazir Nikol Paşinyan da daxil olmaqla komandası Qərbi Azərbaycan, qərbi azərbaycanlılardan danışır, ona işarə etsələr də, hakimiyyətin bu məsələdə üzərinə düşən başlıca vəzifədən yayınırlar.

İrəvan rəsmiləri bu məsələni danışıqlar mövzusu olduğunu belə gizlətməyə çalışırlar. Belə ehtimal etmək olar ki, bunun yayılmasında maraqlı görünmürlər.

Ermənistan parlamentinin sədri Alen Simonyan etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub. Onun sözlərinə görə, məlumat sızıntısının günahkarı Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryandır: “Baş nazir Nikol Paşinyan bizə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını danışır, baş nazir dövlət sirri olan məlumatları bölüşür. O isə bütün bunları açıqlayır. Bu, normaldırmı?”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bir ildən çox məlumat sızıntısının mənbəyini axtarıb : “Partiya məsələləri olsa idi, yenə dərd yarı idi. Amma söhbət Ermənistanın təhlükəsizliyindən gedəndə, bu məsələni belə saxlamaq olmaz. Bir müddət əvvəl elə hallar olub ki, Azərbaycanla danışıqlar pozulub, münasibətlər gərginləşib. Biz, şərti desək, ola bilsin razılaşmaları pozmuşuq, ucadan nə isə demişik, məlumat sızdırmışıq. Bundan sonra get sübut elə ki, bu fraksiyanın üzvü müsahibəni və ya məlumatı qəsdən yox, səhvən verib”.

Ermənistanın hakim “Mülki müqavilə” Partiyasının deputatı Ovik Aqazaryanı bir neçə gün əvvəl qurumun sıralarından çıxarılıb. O, dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə tənbeh olunub.

Aqazaryan isə bildirib ki, həmin söhbəti Nikol Paşinyan 60 nəfərin iştirakı ilə edib. O, bu məsələdə özünü təqsirli bilmir.

Digər bir deputat “Ermənistan” (“Haystan”) parlament fraksiyasının deputatı Anna Qriqoryan da, sülh sazişi çərçivəsində azərbaycanlıların Ermənistana qayıdışının müzakirə edildiyini istisna etməyib.

Bu baxımdan ehtimal etmək olar ki, Qərbi azərbaycanlıların hüquqlarına dair məsələ də Ermənistan hökumətində müzakirə olunur. Ancaq iştirakçıların, o cümlədən hökumətin də marağına uyğun olmadığından onu sızdırmırlar.

Çünki Ermənistan KİV-i də “söz azadlığı”, “demokratiya”ya əsaslanaraq danışıqlara ziyan vura biləcək məsələləri yayır.

Ermənistan hakimiyyətinin hüququnu pozduqları vətəndaşlarının geri dönüşünü müzakirə etməsi də mümkündür. Çünki bu məsələ artıq beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir.

Qərbi Azərbaycan türklərinin repatriasiya olunması məsələsini müxtəlif tədbirlərlə gündəlikdə saxlanılır. Dekabrın 5-6-da Bakıda Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib.

Prezident İlham Əliyev bu tədbirin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüzminlərlə azərbaycanlının dədə-baba yurdunu tərk edərək Azərbaycana sığındığı vurğulanıb: “Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilib”.

Müraciətdə ölkə ərazisindəki azərbaycanlılara aid tarixi-mədəni abidələrin dağılmasına işarə edilərək, Ermənistanın Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışıldığı vurğulanır: “Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub”.

Dövlət başçısı onu da qeyd edib ki, Ermənistan Qərbi Azərbaycan icmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. O bildirib ki, icmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarının dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir.

Prezident Ermənistan hakimiyyətini hüquqları tapdanan vətəndaşları, Qərbi azərbaycanlılarla dialoq aparmağa çağırıb. O, bunun üçün rəsmi İrəvanın aşağıdakı şərtlərə əməl etməsini irəli sürüb: Ermənistan İcma ilə danışıqlara başlamalı, Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktik addımlar atılmalı, Azərbaycan xalqının Ermənistandakı tarixi-mədəni irsinin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.

Konfransın yekun sənədini Polşadan olan iştirakçı, Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreybanın oxuması da Qərbi Azərbaycan türklərinin pozulmuş hüquqlarının bərpasının tədricən beynəlxalq mahiyyət daşıdığını təsdiqləyir. Yeri gəlmişkən, tədbirdə aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən çox iştirakçı olub.

Sənəddə iştirakçılar vurğulayıb ki, repatriasiya - qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunmuş və təməl insan hüququ kimi tanınır. Onlar qayıdış hüququnun əsasları arasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnu qeyd ediblər.

İştirakçılar Ermənistandan zorla qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsinə icazə verməkdən imtina etməsindən ciddi narahatlıqlarını bildiriblər. Onlar Beynəlxalq Cinayət Məhkəməsini (ICC) Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırıblar.

Qərbi Azərbaycan türklərinin vətəndaşlıq və mülkiyyət hüquqlarının bərpasının təmini Ermənistan cəmiyyətinin, erməni etnik qrupunun qonşulara, o cümlədən Azərbaycan və Türkiyəyə baxışını, yanaşmasını, münasibətini dəyişə bilər. Bu məsələnin reallaşması yeni erməni cəmiyyətinin yaranmasına da stimul olar.

Ermənistan hakimiyyəti bu iki dövlətlə bağlı ermənilər arasında uzun illər yayılan yanlışlıqları etiraf edir, reallıqları açıqlayır. Nikol Paşinyan Ağrı dağın, Qarabağın Ermənistana aid olmadığını söyləməklə yanaşı, yeni tarix dərsliyinin yazılmasını da gündəliyə gətirib. Belə ehtimal etmək olar ki, bu kimi məsələlər müxtəlif səviyyəli danışıqlarda müzakirə olunur. Baş nazir də reallıqları qəbul etdiklərini birbaşa və dolayı yolla açıqlayır. Bu baxımdan, Qərbi Azərbaycan məsələsi də bir həqiqətdir. Ona görə yaxın zamanda Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını da Paşinyanın dilə gətirəcəyi gözləniləndir. Çünki erməni cəmiyyətinin “Böyük Ermənistan” yuxusundan ayılması zamanıdır. /Report/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri