Icma.az
close
up
RU
Ermənistanın COP29 FOBİYASI Pərt olmaqdan qorxduqları üçün Bakıya GƏLMİRLƏR?

Ermənistanın COP29 FOBİYASI Pərt olmaqdan qorxduqları üçün Bakıya GƏLMİRLƏR?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, noyabrın 11-də start götürən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 22-dək davam edəcək. Bu müddətdə ölkəmizə dünyanın 5 qitəsindən 70 mindən artıq qonağın gələcəyi gözlənilir. Tədbirin ilk dörd günü ərzində Azərbaycana 80 ölkənin prezidenti, vitse-prezidenti və ya baş naziri konfransın işinə qatılıb. Rəsmi qonaqların gəlişi isə davam edir.
 

MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov: Ermənistanın COP29-da iştirak etməməsi itirilmiş fürsətdir


Lakin Ermənistan Azərbaycanın rəsmi dəvətinə baxmayaraq, hələ də tədbirdə iştirak edib-etməməklə bağlı yekun fikir belə səsləndirməyib.
Rəsmi İrəvan niyə COP29-da iştirak etməkdən boyun qaçırır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Ermənistan hansısa havadarların təsiri ilə hesab edirdi ki, COP29-un iqlimə aid gündəmini Ermənistan-Azərbaycan gündəminə dəyişdirə bilər:
O bildirib ki, Ermənistan əslində bu məsələdə Qərbin ona təlqin etdiyini reallaşdırıb:
“Ermənistan planlaşdırmışdı ki, diqqəti əsas məsələlərə yox, Ermənistan-Azərbaycan mövzusunun müzakirələrinə çəkməklə bu platformadan öz mövqeyinin təbliği üçün geniş istifadə etsin. Azərbaycan da buna getmədi. Məhz buna görə də onlar COP29-a qatılmqdan imtina etdilər. Yəni onları iqlim gündəliyi maraqlandırmır”.
Sabiq nazir bildirib ki, bu konfransda əsas məqsəd iqlim baxımından zərər çəkmiş ölkələrə yardım fondu yaratmaqdır:
"Təbii ki, Avropa İttifaqı və onun əsas ölkələrdən biri olan Fransanın bu yardımda payı böyük olmalı idi. Amma Fransa və ABŞ-ın bəzi siyasi dairələri istəyirdilər COP29-un gündəmini digər məsələlələrlə əvəz eləsinlər. İnsan hüquqları, Ermənistan-Azərbaycan münasibətləri və s. Yəni məqsəd bu idi.  Ermənistan sadəcə, bu oyunda iştirak edirdi. Bu da onların həmişəki mövqeyi idi. Sözdə sülhü istəyən bir ölkə görürük ki, hər bir imkandan istifadə edib Azərbaycana ziyan vurmaq üçün addımlar atır”.
“Ermənistan pərt olmaq istəmədi”
Politoloq Zərdüşt Əlizadə isə bildirib, Ermənistan rəhbərliyi erməni cəmiyyəti qarşısında pərt olmamaq üçün COP29-a qatılmayıb:
“Ötən ilin dekabrında Azərbaycanla Ermənistan müəyyən bir razılığa gəldilər. Bu razılığın mahiyyəti ondan ibarət idi ki, Ermənistan COP29-un Azərbaycanda keçirilməsinə etirazını geri götürür, əvəzində də Azərbaycan Ermənistanın başqa bir beynəlxalq təşkilata üzv olmasına etiraz etmir. Ondan sonra hamı düşündü ki, Ermənistan COP29-a gələcək. Amma sonra Ermənistan şərt qoydu ki, Bakıda saxlanılan hərbi caniləri azad edin, biz gələrik. Bu isə tamamilə əsassız, iqlim dəyişikliyi ilə heç bir əlaqəsi olmayan tələb idi. Təbii ki, Azərbaycan bu tələbi yerinə yetirmədi. Ermənistan hakimiyyəti də erməni cəmiyyəti qarşısında pərt olmamaq üçün qərara gəldi ki, COP29-a gəlməsin”.
Politoloq qeyd edib ki, Ermənistanın bu beynəlxalq tədbirə qatılmaması Azərbaycanın imicinə zərrə qədər də xələl gətirməyib:
“Burda Azərbaycan heç nə itirmədi. Nə qədər dövlət başçısı, beynəlxalq təşkilat rəhbərləri, beynəlxalq mütəxəssislər, alimlər, ekofəallar, jurnalistlər gəldilər. Nəticədə kim itirdi? Əlbəttə, Ermənistan. Bizim nüfuzumuza zərrə qədər də ziyan dəymədi. Dünyadakı bütün dövlətlərə, mütəxəssislərə dəvət göndərmək bizim BMT tədbirinin təşkilatçısı kimi öhdəliyimiz idi. Biz borcumuzu yerinə yetirdik və Ermənistana dəvət yolladıq. Bizim BMT qarşısında suçumuz yoxdur. Gəlmədilər, bu, onların öz işidir”.
Politoloq deyib ki, Ermənistan cəmiyyətində “bir addım geri durmarıq”, “Azərbaycanla heç bir əlaqə qurmarıq”, “Azərbaycanı tanımırıq” deyən dayaz düşüncəli, radikal mövqedə dayanan adamlar var:
“Onlar anlamır ki, artıq barış dövrüdür, barışmaq vaxtıdır. Savaş dövrü bitib. Savaşın nəticəsi artıq bəllidir. Qarabağ bizdədir. Yavaş-yavaş həmin torpaqlarda məskunlaşırıq. Tikinti gedir. Ermənilər başa düşməlidir ki, biz nə qədər çox düşmən olsaq, bu, böyük güclərə bir o qədər sərf edir”.
Rəna Cumaqızı, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri