Icma.az
close
up
RU
Ermənistanın “dollar bulağı” bağlanır...

Ermənistanın “dollar bulağı” bağlanır...

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Budur, artıq USAİD-in ləğvi barədə məlumatlar Ermənistanda ciddi panika yaradıb”
USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) deyilən qaragüruh təşkilat artıq bağlanmaq üzrədir. ABŞ-ın yeni prezidenti Donald Tramp daha çox xarici ölkələrdə daxili qarışıqlıq, hakimiyyət çevrilişləri və siyasi təxribatlar üzrə “ustalaşan” bu təşkilatın ömrünə son qoymaq istəyir. Çox güman ki, yeni rəhbərlik bu təşkilatın ilk əvvəl yeni ABŞ iqtidarının özü üçün də təhlükəli mahiyyət daşıdığına əmin olduğu üçün onun “fatihəsini vermək” qərarına gəlib. Büdcəsi 27 milyard dolları ötən bu təşkilat artıq öz sahibləri üçün də arzuolunmaz həddə çatıb. Artıq bu qurumun ləğvi istiqamətində ilk addımlar da atılmaqdadır.
Bu təhlükəli təşkilat həm də dünyada yürütdüyü ikili siyasəti ilə də “məşhurdur”. Daima Azərbaycan əleyhinə mənfi mövqeyi ilə seçilən bu təşkilat, bunun tam əksinə olaraq Ermənistana qarşı “yüksək səxavəti” ilə ad çıxarıb. USAİD-in Ermənistana yardımlarına nəzər yetirsək həm də Qərbin ikibaşlı siyasətinin açıq konturlarını sezə bilərik. Elə ondan başlayaq ki, USAİD 1992-ci ildən bəri Ermənistana əhəmiyyətli maliyyə yardımları göstərir. 2021-ci ilə qədər bu yardımların ümumi məbləği 3 milyard dollardan çox olub.

Ötən ilin sentyabr ayında USAİD Ermənistana beşillik yardım paketini 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Bu yardımların "əsas məqsədi” Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. Maliyyə vəsaiti təbii fəlakətlərdən qorunma, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrə yönəldiləcək.
USAİD-in Ermənistana ayırdığı maliyyə yardımı ABŞ-ın "Xarici Hərbi Maliyyələşdirmə" proqramı ilə əlaqələndirilir. Bundan əlavə, USAİD Ermənistanda davam edən insan haqları problemlərinin həlli üçün 2,5 milyon dollar ayırıb. Vəsait LGBT fərdlərinin hüquqlarının müdafiəsinə, gender əsaslı zorakılıqla mübarizə və digər tədbirlər üçün nəzərdə tutulub. USAİD Ermənistanı həm də cinsi azlıqlar “cənnətinə” çevriməyi də planlaşdırır. Görünür, hər nədə olsa Rusiya ilə mübarizədə bu məsələnin Nikol Vavayeviçin çox köməyinə gələ biləcəyini düşünürlər...
USAID-in Cənubi Qafqaz ölkələrinə göstərdiyi yardımı müqayisə etsək, dərhal ikili standartlar siyasəti güzgü kimi qarşımızda canlanır. Hamı bilir ki, bu təşkilat son illər daha çox ermənipərəst mövqe sərgiləməyə, Azərbaycan əleyhinə daha şiddətli qara piar yürütməyə çalışırdı. Buyurun, təkcə bir faktı qeyd edək. 44 günlük böyük zəfərimizdən sonrakı üç ildə Xankəndini könüllü tərk edən ermənilərə Qərbin göstərdiyi dəstək 30 il ərzində etnik təmizləməyə məruz qalan bir milyondan çox qaçqın və köçkünümüzə göstərdiyi yardımdan çoxdur! Təsəvvür edirsiniz bu nə deməkdir? Bu USAİD-in simasında Qərb dairələrinin Cənubi Qafqazda Azərbaycana olan riyakar yanaşmasının açıq nümayişidir. Missiyası “Amerika xalqından dünyaya yardım” kimi bəyan edilən USAID-in ölkəmizə dəstəklə bağlı siyasəti də ikili standartların bariz nümunəsi sayıla bilər. Qərb siyasi institutları sırasında yer alan USAID heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün formal belə olsa səy göstərməyib.
Eyni zamanda, USAID 2024-cü maliyyə ilində öz xoşları ilə Qarabağdan könüllü şəkildə köçən ermənilər üçün 7 milyon dollardan çox humanitar yardım edib. Bununla da ABŞ-ın 2020-ci ilin sentyabrından bəri Qarabağla bağlı cavab tədbirlərini dəstəkləmək üçün ümumi maliyyə yardımı 31 milyon dollara çatıb. Halbuki erməni faşistlərinin dinc azərbaycanlılara qarşı amansız qətliamı zamanı yurd-yuvasından didərgin düşən insanlara bu yardımların kiçicik hissəsi belə göstərilməmişdi.
Əlavə olaraq, ABŞ Dünya Bankının Ermənistan üçün Qlobal Güzəştli Maliyyələşdirmə Fonduna 5 milyon dollar ayırıb. Bundan əlavə, ABŞ Beynəlxalq Maliyyə Korporasiyası kənd təsərrüfatı və sahibkarlığa dəstək üçün 50 milyon dollar kredit ayırıb. Bütün bunlar nə deməkdir? Açıq-aşkar USAİD daima Ermənistan üçün “dollar bulağı” funksiyası daşıyıb.
Budur, artıq USAİD-in ləğvi barədə məlumatlar Ermənistanda ciddi panika yaradıb. "Hraparak" nəşri yazır ki, USAID-in fəaliyyətinin dayandırılmasından sonra Ermənistanda bəzi təşkilatlar üzləşdikləri itkilərə görə ölkə hökumətindən kompensasiya tələb etmək niyyətindədir. Erməni nəşri bu təşkilatların maliyyələşdirilməsinin yaxın gələcəkdə bərpa olunmayacağını istisna etməyib və belə olan halda hakimiyyət ayrı-ayrı qeyri-hökumət təşkilatlarının maliyyə problemlərinin həllini öz üzərinə götürə bilər. Erməni nəşrinin yazdıqlarına baxaq: “USAID ofislərinin bağlanması ilə bağlı qərar illərdir Amerika proqramlarından istifadə edən erməni fəallar arasında panikaya səbəb olub. Panika hakimiyyət dairələrini də əhatə edib, çünki onlar başa düşürlər ki, indi xarici dəstəkdən məhrum olanlar üçün maliyyə mənbəyi rolunu özləri oynamalıdırlar.”
Bir fakt açıq-aşkar ortadadır ki, USAID-in Ermənistana dəstəyi guya sosial-iqtisadi dayanıqlılığı gücləndirmək, ticarətin şaxələndirilməsini dəstəkləmək və keçmiş Qarabağ münaqişəsindən sonra irəvana dönən ermənilərə “kömək etmək məqsədi” daşısa da, əslində ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq üçün çapalayır. Co Bayden iqtidarı bu məsələdə USAİD-in maliyyə və informasiya təxribatı barədəki xidmətlərindən var gücü ilə yararlanmağa çalışırdı. Görünən odur ki, Ermənistan üçün qrant və “dollar bulağı” bir müddət bağlı olacaq. Əlbəttdə, yeni administrasiyaya yol tapana qədər."

Mətləb Salahov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Fevral 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri