Icma.az
close
up
RU
Ermənistanın ən böyük müxalif fraksiyası Paşinyanı terrorla ittiham edib

Ermənistanın ən böyük müxalif fraksiyası Paşinyanı terrorla ittiham edib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi ən böyük müxalif fraksiya "Ermənistan" (Ayastan), Nikol Paşinyan hökumətini, "Müqəddəs mübarizə" hərəkatının lideri arxiyepiskop Bagrat Galstanyan və tərəfdarlarını təqib etməkdə ittiham edib. Fraksiya, Paşinyan hökumətini müxalifət üzvlərinə qarşı psixoloji terror tətbiq etməkdə suçlayır.

Bizimyol.info xəbər verir ki, fraksiyanın yaydığı bəyanatda qeyd olunur ki, mövcud hökumət qanun və əxlaq sərhədlərini aşaraq, dövlətçiliyin əsaslarına, müstəqillik bəyannaməsinə, konstitusiyaya, orduya, kilsəyə və erməni diasporasına qarşı düşmən hücumları həyata keçirib.

"Cinayətkar davranışını gizlətmək, ictimaiyyəti erməni dövlətçiliyinə qarşı olan təhdidlərdən yayındırmaq və milli xəyanətdən məsuliyyətdən qaçmaq məqsədilə, Nikol Paşinyan açıq şəkildə erməni xalqına qarşı terrorizm həyata keçirir. Qanunsuz həbslər, axtarışlar və saxlamalar diktatura şəraitində davam edir. Yalançı ittihamlar irəli sürülür, psixoloji terrorun bütün vasitələri istifadə olunur və "cinayət hazırlığı" barədə saxta təsvirlər təqdim edilir" - deyə müxalif fraksiyada bildirilir.

Siyasi qüvvə hesab edir ki, hakimiyyət beləliklə, milli müqavimət ocaqlarını susdurmağa çalışır.

"Milli müxalifət və onların tərəfdarlarına aid edilən hərəkətləri, hökumət Ermənistan Respublikası və öz vətəni ilə maraqlanan hər bir erməni diasporasının üzvünə aid edə bilər" - deyə müxalifət fraksiyası vurğulayıb.

Bundan əlavə, "Ermənistan" fraksiyası hesab edir ki, bu şəraitdə bütün erməni xalqının övladlarının borcu birləşmək və erməni dövlətçiliyinə ən böyük təhdid olan hazırkı hökumətin növbəti addımlarını dayandırmaqdır. "Günümüzün əsas məqsədi - Ermənistanda diktatura qurulmasının qarşısını almaq, hökumətin məsuliyyətə cəlb olunmasını təmin etmək, ölkənin və millətin hüququnu bərpa etməkdir" - deyə fraksiya qeyd edib və bunun tezliklə həyata keçiriləcəklərini bildiriblər.

Hüquq-mühafizə orqanları Galstanyanı və onun bir neçə onlarla tərəfdarını terror aktı hazırlamaqda və hakimiyyətin ələ keçirilməsinə cəhd etməkdə ittiham edərək saxlayıb. Son məlumatlara görə, Ermənistanın İstintaq Komitəsi 14 nəfəri saxlayıb. Çərşənbə axşamı Paşinyan öz Telegram kanalında hökumətə yaxın "Civic.am" portalında yayımlanan "hakimiyyətin ələ keçirilməsi" planı haqqında məlumatı yerləşdirib və bu planı "qarətçilərin çevriliş cəhdi" adlandırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyun 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri