Ermənistanın ərazi iddiaları davam edirsə, hansı sülh sazişindən söhbət gedə bilər? AÇIQLAMA
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"Azərbaycan və Türkiyə öz tələblərində tamamilə haqlıdır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası birdəfəlik aradan qaldırılmalıdır".
Bunu Bakıvaxtı.az-a deputat Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, təkcə, Azərbaycana deyil, Ermənistanın Müstəqillik Aktında qardaş Türkiyəyə də ərazi iddiaları qalmaqdadır:
"Türkiyənin 6 vilayətinə Ermənistanın ərazi iddiaları orada əksini tapıb. Ermənistanın dövlət gerbində Ağrı dağının əksi var. İstənilən halda bütün bunlar aradan qaldırılmalıdır”.
Müsahibimiz vurğulayıb ki, ayın 11-dən artıq gömrük məntəqələrində vizalara vurulan möhürlərdən Ağrı dağının simvolik rəmzi yığışdırılıb. A.Əlizadə hesab edir ki. bu, ilkin müsbət addım kimi qiymətləndirilə bilər:
“Əslində, Paşinyan yeni konstitusiyanın önəmi ilə bağlı fikirlərini də cəmiyyətə təlqin edib. Baş nazir dəfələrlə vurğulayıb ki, yeni konstitusiya, yeni gerb və digər simvolların hazırlanması, qəbulu labüddür. Necə ola bilər ki, sülh müqaviləsi imzalayacaq tərəflərin biri digərinə ərazi iddialarını davam etdirsin? Əgər Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan Ermənistan tərəfi ərazi iddialarına davam edirsə, hansı sülh sazişindən söhbət gedə bilər?!”

Arzuxan Əlizadə: Necə ola bilər ki, sülh müqaviləsi imzalayacaq tərəflərin biri digərinə ərazi iddialarını davam etdirsin?
Deputat xadırladıb ki, Vaşinqtonda əldə olunan razılaşmalar fonunda da Azərbaycan dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Ermənistana ev tapşırıqları verilib:
“İrəvan hökumətinin ən mühüm ev tapşırıqlarından biri öz Konstitusiyasını dəyişdirməkdir. Hələ də Qazaxın 3, Naxçıvanın 1 kəndi Ermənistan işğalındadır. Onlar da geri qaytarılmalıdır".
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 18 Sentyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















