Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Ermənistanın əsas kuratoru Fransadır

Ermənistanın əsas kuratoru Fransadır

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Nə olub, siz niyə kənar himayəsiz yaşaya və regiondakı qonşularınızla normal münasibətlər qura bilmirsiniz?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “KTMT-nin Ermənistanın suverenliyinin qorunmasına biganəliyi” ilə bağlı köhnə “şarmanka”sını ifa etməyə yenidən başlayıb. “Biz heç vaxt real dəstək almamışıq. Bu laqeyd münasibət böyük məyusluğa səbəb oldu”,- deyə Mirzoyan Finlandiyanın “Lännen Media” agentliyinə müsahibəsində bildirib. Eyni zamanda, o, həmçinin əlavə edib ki, Ermənistan avropalı tərəfdaşlarla münasibətləri dərinləşdirir.

Niyə yenə İrəvanda “çətin yaşamağından” danışmağa başlayırlar? Caliber.Az-ın əməkdaşı bu sualla rusiyalı ekspertlərə müraciət edib. Ekspertlərin rəylərini oxucularımıza təqdim edirik.

Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutu Postsovet Araşdırmaları Mərkəzinin Asiya sektorunun rəhbəri Stanislav Pritçinin sözlərinə görə, Ermənistanın baş nazirinin ötən həftə səsləndirdiyi bəyanatları, daha doğrusu, KTMT yə geri dönüş nöqtəsində olan Ermənistan arasındakı münasibətləri nəzərə alsaq, Mirzoyanın sözləri ən azı qəribə görünür.

“Xüsusilə nəzərə alsaq ki, Paşinyanın bəyanatı mahiyyət etibarı ilə Vladimir Putinin Ermənistanın KTMT-dən çıxmasını təsdiq edən heç bir sənədin olmadığı barədə bəyanatına cavab idi. Paşinyan Ermənistanın KTMT-dəki fəaliyyətini dondurduqdan sonra təşkilatdan çıxmaq qərarına gəlməyə meylli olduğuna da eyham vurmuşdu.

Bununla belə, Mirzoyanın bəyanatı özünəməxsus şəkildə vurğulayır. Tamamilə aydındır ki, hazırda İrəvanın oyununun mahiyyəti ondan ibarətdir ki, o, nəhayət, blokdan çıxmağa cəsarət etmir, eyni zamanda hər dəfə KTMT-yə qarşı iddialar səsləndirir və bu mövzudan öz səhvləri və yanlış hesablamalarına görə məsuliyyəti yayındırmaq fürsəti kimi istifadə edir”,- deyə S.Pritçin yekunlaşdırıb.

Avrasiya üzrə iqtisadçı-ekspert, politoloq Aleksandr Razuvayevin fikrincə, Ermənistan daim müəyyən tarixi paradoks aurasında mövcuddur.

“Heç kim Ermənistana hücum etmədi, Ermənistan özü də separatçı “Qarabağ rejimi”nın müstəqilliyini tanımırdı, çünki onlar başqasının mülkünü ələ keçirdiklərini başa düşdülər. Rusiya Xarici İşlər Nazirliyi hər zaman Qarabağın Azərbaycanın bir hissəsi olduğunu vurğulayırdı. Belarus prezidenti Aleksandr Lukaşenko isə çox düzgün qeyd edib ki, KTMT-yə türk ölkələri də daxildir. Rusiyada yaşayan ciddi türk komponenti var: Kazan, Ufa və s. yerlərdə.

Ermənistanda nə istəyirdilər- türklər türkləri öldürsünlər? Ermənistanın özü isə Minsklə münasibətləri korlayıb, kobudluq edəndə Aleksandr Qriqoryeviçin xoşuna gəlmir və İrəvan bunu yadda saxlamalıdır. Beləliklə, Ermənistanın KTMT-də olmasının mənası tam aydın deyil- indi də onlar özləri Rusiya ilə əlaqələri kəsməyə hazırlaşdıqlarını bəyan ediblər, görürük ki, onlar NATO ilə əməkdaşlığa arxalanırlar, görünür, qisas gözləntisi ilə. Belə bir deyim var: “Allah bir qövmə əzab vermək istəsə, onu ağlından məhrum edər”. Bəli, Ermənistan həqiqətən də qisas almağa cəhd edə bilər- amma bu halda Azərbaycanın bir hissəsi olmaq riski ilə üzləşər. Qatı etnik millətçilik heç vaxt heç bir xalqa xeyir gətirməyib”,- politoloq qeyd edib.

A.Razuvayevin fikrincə, Ermənistan əvvəlcə uğursuz dövlət kimi görünür və mövcuddur, onun daim hansısa xarici sahibə, kuratora ehtiyacı var.

“Nə olub, siz niyə kənar himayəsiz yaşaya və regiondakı qonşularınızla normal münasibətlər qura bilmirsiniz? Məncə, Ermənistanın əsas kuratoru Fransadır. O da göz qabağındadır ki, Tramp Ermənistana və onun intriqalarına qətiyyən maraq göstərmir; İrəvandan həmişə bir çox ziddiyyətli bəyanatlar eşidilib, lakin onların heç kimin onlara heç bir borcu olmadığını anlamadan KTMT ilə həmişəlik qopduqları göz qabağındadır”, - deyə A.Razuvayev yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see669

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see637

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see635

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see505

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see466

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see448

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see425

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see398

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see352

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see347

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see344

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see334

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see330

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see327

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see325

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see321

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see315

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see314

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see309

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see291
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri