Icma.az
close
up
RU
“Belə bəyanatlar Ermənistanın əsassız iddialarını stimullaşdırır”

“Belə bəyanatlar Ermənistanın əsassız iddialarını stimullaşdırır”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İşğaldan azad olunmuş ərazilərə 22 milyard manat vəsait xərclənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb.

“Keçən 5 il ərzində Azərbaycan hərbi zəfərini işğaldan azad olunmuş ərazilərdə iqtisadi və sosial zəfərə çevirmək üçün möhtəşəm işlər görüb. Hazırda bu ərazilərdə 62 mindən çox insan yaşayır. Bu günə qədər Azərbaycan bu ərazilərin inkişafı üçün 22 milyard manat vəsait xərcləyib. 22 milyard manat vəsait Ermənistan dövlət büdcəsi gəlirlərinin 2 dəfə, Gürcüstandan isə 1.4 dəfə çoxdur”, - deputat bildirib. 

***

Deputat Soltan Məmmədov əlavə edib ki, artıq elə bir dövr gəlib çatıb ki, Cənubi Qafqaz qarşıdurmaların deyil, əməkdaşlığın yeni sərmayə axınlarının yaşıl enerji, nəqliyyat və mədəni diplomatiyanın mərkəzinə çevrilməlidir: “Bu hədəf üçün Azərbaycan lazımi siyasi iradəni nümayiş etdirir və bütün tərəfdaşlarla əməkdaşlığa açıqdır.

Bu baxımdan, bir qrup ABŞ senatorunun ədalət məhkəməsinə cəlb edilmiş erməniəsilli şəxslər haqqında mövqəyi məsələyə qeyri-obyektiv yanaşmanın təzahürüdür. Bu, Azərbaycanın suveren məhkəmə proseslərinə müdaxilə kimi qiymətləndirilir.

Hesab edirəm ki, belə yanlış bəyanatlar bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət etmir, əksinə, Ermənistanın əsassız iddialarını stimullaşdırır.

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan tərəfi 2020-ci il 44 günlük müharibədən sonra bütün hərbi əsirlərin qarşılıqlı şəkildə geri qaytarılması öhdəliyini tam şəkildə yerinə yetirib. Bu gün ölkəmizdə saxlanılan və barəsində hüquqi prosedurlar aparılan şəxslər hərbi əsir deyil, onlar Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdir”.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri