Ermənistanın hakim partiyası: Petrosyan Azərbaycanla sülh istəmir
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Azərbaycanla ölkəmiz arasında sülh istəmir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Arusyak Culhakyan deyib.
“Birinci prezidentin son açıqlaması ilə bağlı yalnız bircə söz var: o, sülhə nifrət edir, çünki onu Ermənistana o yox, Paşinyan gətirib. Bu, birinci prezidentə xas nifrət və boş sözlərdir”, - deputat bildirib.
Xatırladaq ki, Levon Ter-Petrosyan bundan öncə Baş nazir Nikol Paşinyanın Ermənistanı müstəqil görmək istəmədiyini iddia edib: “Müstəqilliyin ildönümü Paşinyanın bayramı deyil. Çünki o, həmin müstəqilliyə nifrət edir, çünki onu o yox, başqaları gətirib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 22 Sentyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















