Icma.az
close
up
RU
Azərbaycanla Ermənistanın razılaşmadığı MƏQAMLAR

Azərbaycanla Ermənistanın razılaşmadığı MƏQAMLAR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət əvvəl mətbuata diqqətçəkən açıqlamalar verib. Onun belə açıqlamalarından biri də Azərbaycanla Ermənistan arasındakı sülhlə bağlı olub. Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olsa da, tərəflərin razılaşdığı və razılaşmadığı məqamlar var:

“Biz qeyd edirik ki, sülh təsbit olunub, amma bu o demək deyil ki, tərəflərin bir-birinə sualları qalmayıb. Belə hal heç vaxt olmur, hətta dost ölkələrlə münasibətlərdə də. Dövlətlər arasında münasibətlərin qurulması və inkişafı dinamik prosesdir. Tərəflər həm razılaşmaları, həm də razılaşmamazlıqları ilə mövcuddurlar. Bu isə ümumi mənzərəyə təsir göstərmir”

Paşinyanın “tərəflərin razılaşmadığı məqamlar” dedikdə nələri nəzərdə tutduğu diqqətçəkən nüansdır.

Razılaşılmayan məqamlar nələr ola bilər?

Mövzunu Modern.az-a politoloq Natiq Miri belə şərh edib:

“Məsələn, tərəflər humanitar yöndə razılaşmaya bilər. Ermənistan hesab edə bilər ki, torpaqlarımıza təcavüz edən, xüsusilə də atəşkəsdən -10 noyabr 2020-ci il bəyanatı imzalanandan sonra müxtəlif təxribat törətmək istəyən bir sıra terrorçuları, diversantları Azərbaycanın həbs etməsi düzgün deyil. Bu gün həmin şəxslər Azərbaycan həbsxanalarındadırlar. Ermənistan tərəfi bunların təbii ki, buraxılmasını istəyir. Çünki bu, hökumətin mövqeyini publikada gücləndirə bilər. Ancaq Azərbaycan hələlik bu addıma tələsmir. Çünki bu şəxslər Azərbaycana qarşı cinayət törətmiş insanlardır. Cinayət varsa, deməli, mütləq şəkildə cəza da olmalıdır. Başqa bir məsələ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ola bilər. Bu kontekstdə Ermənistan hansısa əraziləri özününkü saya, onların qaytarılmasını uyğun görə, amma Azərbaycanın baxışı fərqli ola bilər. Çünki 1991-ci ildə Alma-Ata bəyannaməsi prinsipi - ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələsi var. Ancaq sərhədlərin müəyyənləşməsi, hələ qeyri-müəyyəndir. Hansı ərazinin birmənalı olaraq kimə aid olması ilə əlaqədar hələ də suallar var. Bunun üçün xəritələr, eyni zamanda yaşanmış tarix mövcuddur. Ona görə bu məsələdə də narazılıq ola bilər. Eyni zamanda, nəqliyyat kommunikasiyalarının açılması - burada söhbət yalnız Zəngəzur dəhlizindən getmir, digər nəqliyyat kommunikasiyalarının da açılması müzakirə predmetidir. Bu kontekstdə ola bilsin fikir ayrılıqları mövcuddur”.

Politoloq vurğulayıb ki, əsas məsələ prinsiplərdə razılıqdır:

“Prinsipial olaraq, qəbul olunan, paraflanan sülh sənədi, onun detalları razılaşdırılarkən müxtəlif fikir ayrılıqları ola bilər. Razılıq prinsipdədir. Ancaq bir də detalları işləmək lazımdır. Bilirsiniz ki, şeytan da həmişə detallarda olur. Ona görə, müəyyən fikir ayrılıqlarının olması təbiidir. Və sülh sənədinin prinsipial olaraq, paraflanması bütün fikirlərdə, yanaşma tərzində Azərbaycanla Ermənistanın eyni mövqeydən çıxış etməsi anlamına gəlmir. Belə zərurət də yoxdur. Əsas olan hər iki dövlətin sülh istəməsi, Ermənistan rəhbərliyinin sülh yaranacağı təqdirdə regionda əməkdaşlıq, ticarət, iqtisadi inkişafın olacağı qənaətinə gəlməsidir. Çünki ticarət, nəqliyyat kommunikasiyaları əməkdaşlıq, sülh vəd edir. Ona görə də önəmli olan sülhə verilən üstünlükdür. Sənəd artıq paraflanıb, sadəcə, Azərbyacanın konstitusiyaya dəyişikliklə bağlı tələbi yerinə yetirildikdə yekun sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayacaq”.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri