Icma.az
close
up
RU
Ermənistanın ikili oyunu: nə gözlənilir?

Ermənistanın ikili oyunu: nə gözlənilir?

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Kreml Ermənistanın Aİ-yə inteqrasiya və Aİİ-də qalmaq məsələsində Nikol Paşinyanın referendumla bağlı açıqlamalarını ziddiyyətli və çaşdırıcı hesab edir. Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin bildirib ki, İrəvan bir tərəfdən Aİ-yə qoşulma prosesini siyasi bəyanat kimi təqdim edir, digər tərəfdən isə seçki nəticələrini Avropayönlü kursun ümumxalq dəstəyi kimi göstərir. Moskva hesab edir ki, Paşinyanın həm Ermənistanın Aİ-yə dəvət olunmadığını etiraf etməsi, həm də Avropa istiqamətini önə çəkməsi ölkənin strateji kursu barədə qeyri-müəyyənlik yaradır.Ermənistan Avropa İttifaqına üzvlük perspektivinin real olmadığı şəraitdə Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri zəiflədərək uzunmüddətli iqtisadi və təhlükəsizlik risklərini nə dərəcədə hesablayır?

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın seçdiyi siyasi kurs Ermənistanın müstəqil və suveren dövlət kimi öz hüququdur. Onun hansı istiqamətə getmək istəməsini legitim hakimiyyət – erməni xalqının seçdiyi və öz hüquqlarını həvalə etdiyi Paşinyan hökuməti müəyyənləşdirir. Ona görə də bu məsələlərə Rusiyanın belə həssas yanaşması, tez-tez reaksiya verməsi doğru deyil. Yəni beynəlxalq hüquq baxımından doğru deyil. Amma gizli strateji idarəetmə baxımından, imperiya kimi Rusiyanın Güney Qafqazda və Ermənistandakı maraqları prizmasından yanaşsaq, bu, tamam başqa məsələdir.

“Beynəlxalq hüquq, hüquqi yanaşma, yəni dünyanın anladığı, gördüyü və başa düşdüyü dildə danışsaq, Ermənistanın seçimi özünə aiddir. O, Avrasiya İqtisadi Şurasında var və hələlik oradan çıxmaq istəmir. Bu da onun hüququdur. Rusiyanın istəyib-istəməməsi burada önəmli deyil. Çünki formal olaraq bu birlikdə də Rusiya bir üzvdür, onun ağası deyil. Ermənistan da könüllü şəkildə ora daxil olub və istədiyi vaxt oradan çıxacaq”, – deyə politoloq bildirib.

Avropa İttifaqına qoşulma məsələsinə gəldikdə isə, Əli Mustafa deyib ki, Avropa İttifaqının şərtləri bir qədər mürəkkəb olur. Amma Güney Qafqaz Avropa İttifaqının siyasi coğrafiyasına daxildir. Ermənistanın Avropa İttifaqı ilə bir sıra əlaqələri, əməkdaşlıqları və sazişləri var.

Hələlik real üzvlük məsələsi olmasa da, Avropa İttifaqı ilə Ermənistan arasında əməkdaşlıq var. Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığı və inteqrasiyası qarşı tərəf üçün də məqbul sayılır. Bu da Rusiyanın problemi deyil.

“Rusiya burada ziddiyyət axtarıb başını yormamalıdır. Gedib öz problemləri ilə məşğul olmalıdır, Amuru idarə etməlidir, Moskvanı müdafiə etməlidir. Ermənistanın seçəcəyi kurs ona aid deyil. Bir daha deyirəm, beynəlxalq hüquq nöqteyi-nəzərindən belədir.

Avrasiya İqtisadi Şurası ilə münasibətlərin zəiflədilməsi məsələsinə gəldikdə isə, əslində Ermənistan bunu istəmir. Sadəcə olaraq Rusiya təzyiq edir ki, ya Avropa İttifaqına getmə, ya da bu ittifaqla əlaqələrini kəs. Ermənilər isə hələlik bu əlaqələri kəsmirlər, amma Avropa İttifaqı ilə strateji istiqamətləri də var. Bu onların seçimidir.

Əlbəttə, bu müəyyən risklər yaradır. Risklər ondan ibarətdir ki, Rusiyanın bu siyasəti xoşuna gəlmir və Rusiya Ermənistana qarşı hansısa təhlükəli addımlar atmaq istəyə bilər və ya istəyir. Sadəcə olaraq bunun üçün resursları yetərincə deyil”, – deyə o əlavə edib.

Əli Mustafa bildirib ki, Ermənistanın xarici siyasətində müəyyən qədər balanslı strategiya var. Hələ tam şəkildə Avropa İttifaqına inteqrasiya olmadığına, Avropa İttifaqının iqtisadi-siyasi məkanının tamhüquqlu üzvünə çevrilmədiyinə görə, Avrasiya İqtisadi Şurası ilə də əməkdaşlığı davam etdirir. Yəni müəyyən qədər balanslaşdırma siyasəti aparır.

“Rusiyanın müdaxiləsi və etirazı fonunda bu siyasət bir qədər ziddiyyətli görünə bilər. Amma hər halda Ermənistan öz daxili iqtisadi-siyasi tələbatlarını nəzərə alaraq bu siyasəti aparır. Məncə, burada populizm yoxdur, sadəcə, gerçəklik var. Hələ tam Avropaya inteqrasiya etməmiş Ermənistan Avrasiya İqtisadi Şurası ilə əlaqələri qoparmaq istəmir. Bu, onun mənafeyinə uyğundur.

Ola bilsin ki, bu, Rusiyanın mənafeyinə uyğun deyil. Rusiya yenə də Güney Qafqazı özünün təsir zonası hesab edir və onun Avropaya inteqrasiyasını istəmir. Amma Rusiyanın nəyi istəyib-istəməməsi Ermənistanın problemidir”, – deyə o əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Avqust 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri