Icma.az
close
up
RU
Ermənistanın ikili oyunu: Top tüfənglə sülh olmaz!

Ermənistanın ikili oyunu: Top tüfənglə sülh olmaz!

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Postmüharibə dövründə ölkəmizin və regionun təhlükəsizliyi baxımından narahatlıq doğuran, son dərəcə aktual və həssas məsələlərdən biri də Ermənistanın silahlandırılması ilə bağlıdır. Bütün dünya üzrə silah axtarışında olan rəsmi İrəvan hərbi əməkdaşlığın coğrafiyasını hər vəchlə genişləndirməyə çalışır. 2023-cü ildən başlayaraq, Ermənistan Qərblə, xüsusilə Fransa və Yunanıstan kimi ölkələrlə, eləcə də Hindistan və bəzi digər dövlətlərlə hərbi əməkdaşlığı genişləndirməyə başlayıb. Bu proses 2024–2025-ci illərdə daha da sürətlənib.

Məsələn, Fransa Ermənistana radar sistemləri, “Mistral” zenit-raket kompleksləri və digər müdafiə texnikası göndərdiyini açıqlayıb. Hindistan Ermənistanla 250 milyon dollardan çox dəyəri olan “Pinaka” raket sistemləri, zenit-raket kompleksləri və haubitsalarla bağlı müqavilələr bağlayıb. Yunanıstan, Kipr, Kanada və bəzi Baltik ölkələri də Ermənistanla hərbi əməkdaşlıq əlaqələrini gücləndirmək istiqamətində addımlar atırlar.

Ermənistanın Qərbə yönəlməsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əlaqələrini zəiflətməsi, daha doğrusu, dondurması, təşkilatın büdcəsinə vəsait ödəməkdən imtinası Rusiya ilə hərbi və hərbi-texniki əməkdaşlığa da ciddi zərbə vurub. Moskva daha İrəvana əvvəlki səviyyədə hərbi dəstək göstərmir. Bunun bir səbəbi də Rusiya hərbi-sənaye kompleksinin istehsal etdiyi, demək olar ki, bütün silahların Ukrayna ilə müharibəyə yönəldilməsindədir. Bu da Ermənistanı alternativ silah mənbələri axtarmağa vadar edib.

Ermənistanın silahlanmasının motivlərinə gəldikdə isə burada iki məqamı xüsusi vurğulamaq lazımdır. Bunlardan biri revanşist meyillərlə, digəri isə sərhəd məsələləri və təhlükəsizlik narahatlıqları ilə bağlıdır. Ermənistanın həm hakimiyyətində, həm də müxalifətində İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatındakı məğlubiyyətdən sonra itirilmiş əraziləri geri qaytarmaq üçün revanşist əhval-ruhiyyə hələ də mövcuddur. Yeri gəlmişkən, Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Ermənistandakı revanşizmlə bağlı mövqeyini sərrast şəkildə ifadə etdi. Dövlətimizin başçısı bildirdi ki, biz, 30 illik işğalı, təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq: “Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar bizim müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır”.

Digər məqam isə sərhəd məsələləri və Hayastanın, “təhlükəsizlik narahatlıqları” ilə bağlıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü kağız üzərində tanısa da, konkret sərhədlərin delimitasiyası ilə bağlı gərginliklər davam edir. Silahlanma isə həm də daxili auditoriyaya “təhlükəsizliyin təmin olunduğu” mesajını verməyə xidmət edir.

***

Ermənistanın silahlandırılması ölkəmiz üçün müəyyən risklər yaradır. Xüsusilə hücum xarakterli silahların alınması bölgədə yeni eskalasiya təhlükəsindən xəbər verir. Rəsmi Bakı dəfələrlə bildirib ki, bölgədə yeni silahlanma yarışı sülh gündəliyinə ziddir. Eyni zamanda, Ermənistanın aldığı silahların hücum potensialı daşıdığı ehtimal edilir ki, bu da gələcəkdə şərti sərhəddə yeni qarşıdurmalara səbəb ola bilər.

Prezident İlham Əliyev Ermənistanın silahlandırılması ilə bağlı ölkəmizin narahatlığını dəfələrlə çatdırıb. Dövlətimizin başçısı 2024-cü il dekabrın 17-də tanınmış jurnalist Dmitri Kiselyova müsahibəsində bununla bağlı bildirib: “Bu, birbaşa təhlükə deməkdir. Biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq”.

Azərbaycan Prezidenti qeyd etmişdi ki, təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən misallar çoxdur: “Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil”.

Cənab İlham Əliyevin sözlərinə görə, əlbəttə, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır: “Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, – ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik”.

Xarici tərəfdaşlarının Ermənistanı silahlandırması Azərbaycanın da adekvat addım atmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, bu il bizim hərbi büdcəmiz rekord büdcədir. Bu, təxminən 5 milyard dollardır. Prezidentin də bildirdiyi kimi, bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpası, sosial ödənişlər və sair üçün istifadə edərdik: “Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək”.

***

Edilən bu xəbərdarlıqlara baxmayaraq, rəsmi İrəvan nəticə çıxarmaq istəmir. Ölkənin müdafiə naziri Suren Papikyanın bugünlərdə Afinaya etdiyi işgüzar səfərə də bu çərçivədə yanaşmaq lazımdır. Papikyan yunan həmkarı Nikos Dendiasla görüşdə regional təhlükəsizlik məsələlərini, eləcə də Ermənistan–Yunanıstan formatında müdafiə sahəsində əməkdaşlığı müzakirə edib. Onu da bildirək ki, Papikyanın 2023-cü ildə Afinaya etdiyi səfəri zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanmışdı. Həmin il Kipr Respublikası da bu müqaviləyə qoşulmuşdu.

2024-cü ilin fevralında baş nazir Nikol Paşinyanın Afinaya səfərindən dərhal sonra Yunanıstanın müdafiə naziri Ermənistana səfərə getmişdi. Papikyanla İrəvanda keçirdiyi birgə mətbuat konfransında o, dördtərəfli hərbi ittifaqın yaradılması ideyasını səsləndirmiş və vurğulamışdı ki, Afina Ermənistana hərbi dəstək verməkdə Fransa və Hindistanla əməkdaşlığı istisna etmir. Bundan başqa, Dendias Ermənistan–Fransa–Yunanıstan–Hindistan–Kipr formatında çoxtərəfli müdafiə əməkdaşlığının mümkünlüyünə eyham vurmuşdu: “Bizim Kiprlə uğurlu üçtərəfli müdafiə tərəfdaşlığımız var. Amma digər üçtərəfli, dördtərəfli tərəfdaşlıq həm Ermənistan, həm də Yunanıstan üçün ortaq dost olan mühüm ölkələr – Fransa və Hindistanla da mümkündür”.

Hələ 2023-cü ildə isə Ermənistan, Yunanıstan və Kipr rəsmiləri İrəvanda müdafiə sahəsində məsləhətləşmələr aparmış, bunun nəticəsində müvafiq əməkdaşlıq proqramları imzalanmışdı. Beləliklə, N.Dendiasın çoxtərəfli hərbi platforma yaratmaq təklifi Afinanın İrəvanla hərbi əlaqələri gücləndirmək siyasətinin məntiqi davamı oldu. Həmin ilin dekabrında Kiprə səfəri zamanı S.Papikyan və onun kiprli həmkarı Mixalis Yorqallas geniş gündəm üzrə əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. Bura təlim proqramları, təcrübə mübadiləsi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər sahələr daxildir. Bundan əvvəl, elə həmin ilin noyabrında Attikanın Nea Peramos bölgəsində Ermənistan, Yunanıstan və Kipr xüsusi təyinatlılarının üçtərəfli birgə təlimləri keçirilmişdi.

Onu da bildirək ki, Yunanıstan, Kipr, Fransa və digər Qərb dövlətlərinin Ermənistana hərbi dəstək verməsi, təkcə bu ölkənin müdafiə qabiliyyətini artırmaq məqsədi daşımır. Bu, həm də bölgədə Rusiyanın təsir dairəsini zəiflətmək, Cənubi Qafqazda yeni siyasi balans yaratmaq strategiyasının tərkib hissəsidir. Belə bir vəziyyətdə Azərbaycan dövləti çevik diplomatik siyasət yürütməklə yanaşı, hərbi-texniki potensialını da daim yeniləməli və strateji tərəfdaşlıqlarını gücləndirməlidir.

Ramiyə MƏMMƏDOVA,
“World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq

– Ermənistanın silahlandırılmasının, bu çərçivədə Fransa, Yunanıstan və Kiprlə hərbi əlaqələrin inkişafının, müxtəlif əməkdaşlıq proqramlarının və sazişlərin imzalanmasının bir neçə məqsədi var. Bu, əslində, həmin ölkələrin regional maraqları ilə bağlıdır. Rusiyanın bölgədəki mövqeyini zəiflətmək, İranın şimal sərhədində yeni bufer zona formalaşdırmaq, Azərbaycan–Türkiyə ittifaqına qarşı balans yaratmaq cəhdləri, habelə Ermənistanı “Qafqazdakı qərbpərəst mərkəz”ə çevirmək başlıca məqsədlərdir. Beləliklə, Ermənistan faktiki olaraq geosiyasi alətə çevrilib.

Fransa və Yunanıstan NATO-nun üzvüdür. Onlar Ermənistanı bu bölgədə böyük bir tərəfdaş kimi görmək istəyirlər. Paris və Afina bununla bölgədə öz varlıqlarını təsdiq etmək istəyirlər. Təbii ki, bu da regionda yeni eskalasiyaya gətirib çıxara bilər.

Bundan əlavə, Ermənistanın silahlandırılması həm də müəyyən ölkələrin qazanc əldə etmələri deməkdir. Əlbəttə, İrəvan silah-sursat almaqla regionda geosiyasi balansı öz xeyrinə dəyişdirə bilməyəcək. Çünki Azərbaycan da yeni reallıqları nəzərə alır və silah-sursat alışını artırır. Bu baxımdan İrəvanın etdiyi bütün bu həmlələr boşa çıxmalıdır və çıxır.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri