Icma.az
close
up
RU
Ermənistanın “incə” oyunu

Ermənistanın “incə” oyunu

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Paşinyan Aİİ-nin iflic vəziyyətdə olduğunu deyir, lakin körpüləri yandırmır

Ermənistan Baş naziri Nikol Paşinyanın son iki gündə verdiyi açıqlamalar həm ölkənin xarici siyasət kursu, həm də Rusiya ilə münasibətlərin gələcək istiqaməti baxımından diqqətçəkən mesajlarla yadda qaldı. Baş nazir bir tərəfdən Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəaliyyətini sərt tənqid etdi, digər tərəfdən isə Ermənistanın bu birlikdən çıxmaq planının olmadığını bəyanladı.

Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə iyulun 27-də baş tutan telefon danışığını şərh edərkən bildirib ki, dialoq konstruktiv keçib. O, Ermənistanın alternativ əməkdaşlıq istiqamətləri seçməklə bağlı qanuni hüququnun olduğu bir daha diqqətə çatdırılıb: “Mən Rusiya Prezidentinə dedim ki, biz bu kursu açıq şəkildə elan etmişik və onu davam etdirəcəyik; xüsusən də indi – erməni xalqının bunun lehinə səs verməsi halında. Hələ seçkiqabağı kampaniya zamanı dediyim kimi, siyasətimizin Ermənistanı alternativsiz qoyacağı bir vəziyyəti təsəvvür edə bilmirəm. Ermənistanın bütün məsələlərdə həmişə alternativləri olmalıdır”. Paşinyan, həmçinin bildirib ki, Rusiya Prezidenti telefon danışığı zamanı onu parlament seçkilərində qələbə münasibətilə təbrik etməyib. Bununla belə, o, bu faktı münasibətlərin pozulması kimi qiymətləndirməyərək bildirib ki, əsas məsələ tərəflərin dialoqu davam etdirməsidir. Onun sözlərinə görə, yaxın vaxtlarda Putinlə üzbəüz görüşün keçirilməsi barədə də razılıq əldə olunub.

Baş nazir Rusiyaya ixrac məsələsində yaranan çətinliklərə də toxunaraq məsələni Ermənistanın deyil, Aİİ-nin özünün problemi kimi qiymətləndirib: “Faktiki olaraq elə vəziyyət yaranıb ki, Aİİ iflic vəziyyətinə düşüb və normal fəaliyyət göstərmir. Əgər bu problem operativ həll olunmasa, bunun Aİİ-nin sonunun başlanğıcı olacağını proqnozlaşdırmaq olar”. Bununla yanaşı, Paşinyan vurğulayıb ki, Ermənistanın Aİİ-dən çıxmaq planı yoxdur.

Dünən hökumətin iclasından sonra keçirdiyi brifinqdə isə Paşinyan Rusiya ilə münasibətlər barədə danışarkən daha bir məqama toxunub. O bildirib ki, Ermənistan yalnız iqtisadi deyil, həm də siyasi baxımdan yeni əməkdaşlıq imkanları yaradıb və bir neçə ölkə ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb. Halbuki əvvəllər belə münasibətləri olmayıb və ola da bilməzdi. Onun sözlərinə görə, Moskva məhz bu yanaşmanı problem kimi qəbul edir: “Mən Ermənistan–Rusiya münasibətlərinə görə məsuliyyət daşıyıram, Rusiya–Ermənistan münasibətlərinə görə məsuliyyət daşımıram. Bu münasibətlərin siyasi komponentinə gəldikdə isə, mən demişəm ki, Ermənistan əvvəllər olmayan alternativlərə sahib olmaq qərarına gəlib”.

Paşinyan hesab edir ki, Rusiyada Ermənistanla münasibətlərin yalnız eksklüziv xarakter daşımalı olduğu barədə yanaşma mövcuddur: “Deyə bilərəm ki, Rusiya burada problem görür. Ya münasibətlər eksklüziv olmalı, ya da heç bir münasibət olmamalıdır. Biz bu yanaşmanı qəbul etmirik. Biz deyirik ki, münasibətlər eksklüziv olmaya da bilər. Əsas odur ki, münasibətlər mövcud olsun”.

Aİİ-dən çıxmaq gündəmdə deyil

Paşinyanın açıqlamalarında diqqəti ən çox çəkən məqam Ermənistanın Aİİ-dən çıxmaq niyyətində olmadığının növbəti dəfə açıq şəkildə bəyan edilməsi oldu. Son illər İrəvanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərini genişləndirməsi, Qərb strukturları ilə əməkdaşlığı artırması və Rusiyanın təsirindən uzaqlaşmağa çalışması fonunda Ermənistanın Aİİ-ni də tərk edə biləcəyi barədə müxtəlif ehtimallar səsləndirilirdi. Lakin Baş nazirin son bəyanatı göstərir ki, hökumət bu məsələdə fərqli yanaşmaya üstünlük verir. Bu mövqe, ilk növbədə, iqtisadi reallıqlardan qaynaqlanır. Ermənistanın ixracının əhəmiyyətli hissəsi hələ də Aİİ məkanına, xüsusilə də Rusiya bazarına yönəlir. Ölkədə fəaliyyət göstərən minlərlə şirkət bu bazardan asılıdır. Belə şəraitdə Aİİ-dən çıxmaq iqtisadi baxımdan ciddi risklər yarada bilər. Buna görə də Paşinyan bir tərəfdən birlik daxilindəki problemləri açıq şəkildə dilə gətirir, digər tərəfdən isə həmin platformadan imtina etməyəcəyini bəyan edir.

Şaxələndirmə siyasəti

Paşinyanın çıxışında tez-tez təkrarlanan “alternativ” anlayışı, əslində, Ermənistanın son illərdə formalaşdırdığı xarici siyasət xəttinin mahiyyətini ifadə edir. Baş nazir açıq şəkildə bildirir ki, ölkə bundan sonra heç bir istiqamətdən tam asılı vəziyyətə düşmək istəmir. Onun fikrincə, Ermənistanın həm iqtisadi, həm də siyasi baxımdan seçim imkanları olmalıdır. Bu yanaşma təsadüfi deyil. İrəvan son illərdə Aİ ilə münasibətləri fəallaşdırıb, ABŞ-la əməkdaşlığı genişləndirib, Hindistan, Fransa və digər ölkələrlə müdafiə, təhlükəsizlik və iqtisadi sahələrdə yeni razılaşmalar əldə edib. Paşinyan bu addımları Ermənistanın müstəqil qərarvermə imkanlarının genişlənməsi kimi təqdim edir. Lakin eyni zamanda o, Rusiya ilə münasibətlərin də davam etdirilməsinin vacibliyini vurğulayır. Bu isə göstərir ki, Ermənistan hazırda xarici siyasətdə kəskin dönüşdən daha çox müxtəlif istiqamətlər arasında tarazlıq saxlamağa çalışır.

İttifaqa sərt xəbərdarlıq

“Aİİ iflic vəziyyətdədir” və “bu, Aİİ-nin sonunun başlanğıcı ola bilər” - deyən baş nazir bununla Rusiyaya deyil, ilk növbədə, birlik daxilində yaranmış problemlərə diqqət çəkməyə çalışır. Son aylarda Ermənistan məhsullarının Rusiyaya ixracı ilə bağlı yaranan çətinliklər İrəvanda ciddi narazılıq doğurub. Ermənistanda hesab edirlər ki, əgər vahid iqtisadi məkan prinsipi tətbiq olunursa, üzv dövlətlərin məhsullarının sərbəst hərəkəti də təmin edilməlidir. Əks halda, birliyin əsas üstünlüklərindən biri aradan qalxmış olur. Paşinyanın bu məsələni açıq şəkildə gündəmə gətirməsi həm də Aİİ rəhbərliyinə xəbərdarlıq kimi qiymətləndirilə bilər. Yəni İrəvan üzvlükdən imtina etməsə də, mövcud problemlərin uzun müddət davam etməsini də qəbul etməyə hazır olmadığını nümayiş etdirir.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, Paşinyanın açıqlamaları Ermənistan xarici siyasətində balans axtarışının davam etdiyini bir daha göstərdi. Lakin bu balansın da öz sərhədləri var. Çünki ölkənin təhlükəsizlik, enerji, logistika və xüsusilə iqtisadi əlaqələrinin mühüm hissəsi hələ də Rusiya və Aİİ məkanı ilə bağlıdır: “Məhz buna görə də Ermənistan Qərblə əməkdaşlığı genişləndirsə belə, yaxın perspektivdə Aİİ-dən çıxmaq kimi radikal addım atmağa hazır görünmür. Əksinə, hökumət bir tərəfdən yeni tərəfdaşlar qazanmağa, digər tərəfdən isə mövcud iqtisadi əlaqələri qorumağa çalışır. Bu isə göstərir ki, İrəvanın əsas məqsədi tərəfdaşlarını dəyişmək deyil, onların sayını artırmaqdır”.

Siyasi şərhçi dedi ki, Paşinyanın son açıqlamaları Ermənistan hökumətinin xarici siyasətdə emosional bəyanatlardan daha çox praqmatik yanaşmaya üstünlük verməyə çalışdığının da göstəricisidir. Onun sözlərinə görə, Aİİ-nin fəaliyyətini sərt tənqid etməsinə baxmayaraq, Paşinyan eyni çıxışda bu birlikdən çıxmaq planının olmadığını bəyan edir: “Bu iki ismarış ilk baxışda ziddiyyətli görünsə də, əslində, Ermənistanın hazırkı siyasətinin mahiyyətini əks etdirir. İrəvan Qərblə əlaqələrini genişləndirmək niyyətindən geri çəkilmir. Eyni zamanda anlayır ki, mövcud iqtisadi reallıqlar Aİİ-dən uzaqlaşmağa imkan vermir. Bu səbəbdən Paşinyan həm Moskvaya narazılığını çatdırır, həm də əməkdaşlıq qapısını açıq saxlayır”.

Ekspertin fikrincə, başqa sözlə, Ermənistan Baş naziri son bəyanatları ilə bir daha nümayiş etdirdi ki, ölkə yaxın perspektivdə Aİİ-ni tərk etməyə hazırlaşmır. Bunun əvəzində İrəvan həm Aİİ-də qalmağa, həm də digər beynəlxalq tərəfdaşlarla əlaqələrini genişləndirməyə çalışır. Bu siyasətin nə dərəcədə uğurlu olacağını isə qarşıdakı dövrdə həm Ermənistan–Rusiya münasibətlərinin inkişafı, həm də Aİİ daxilində mövcud problemlərin hansı səviyyədə həll ediləcəyi müəyyənləşdirəcək.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see378

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see370

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see361

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see358

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see349

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see308

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see278

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see274

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see265

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see260

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see247

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see242

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see239

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see236

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see236

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see222

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see222

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see208

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see206

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri