Icma.az
close
up
RU
Ermənistanın ikili siyasəti sülh prosesini çətinləşdirir

Ermənistanın ikili siyasəti sülh prosesini çətinləşdirir

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Atəşkəsin pozulması və aşkar silahlanma rəsmi İrəvanın məkrli niyyətini göstərir.
"Ermənistan rəhbərliyinin son dövrlərdə sülh çağırışları ilə çıxış etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirməsi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan və onun komanda üzvləri üzdə sülhdən danışsalar da, realda yürütdükləri siyasətləri ilə bunun əksini edirlər".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bildirib ki, son dövrlər Ermənistanın Qərbdəki havadarlarından öldürücü silahlar almasının şahidiyik. Rəsmi İrəvan maddi qarşılığını ödəmədən müasir hücum silahları ilə təmin edilir. Həmişə olduğu kimi, imperialist maraqların alətinə çevrilmiş Ermənistan hələ də sülhpərvər kimi yox, aqressor rolunda çıxış edir. 
K.Bayramov qeyd edib ki,  Azərbaycan tərəfi  sülh mövqeyində olaraq məsələlərin həllinə daim çalışıb: "Amma Ermənistanın davranışları sülh prosesinin inkişafını çətinləşdirir və gələcəkdə qarşılıqlı etimadın qurulmasına maneə yaradır. "Sülhpərvər" ritorika fonunda Ermənistan ordusunun və ya onun nəzarətində olan silahlı qrupların Azərbaycan mövqelərini mütəmadi olaraq atəşə tutması reallıqda sülhə qarşı açıq təxribatdır. Bu, ya Ermənistan hakimiyyətinin silahlı dəstələr üzərində tam nəzarətinin olmamasını, ya da sülh bəyanatlarının sadəcə beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıdığını göstərir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlara əsasən, mart və aprel ayları ərzində Ermənistan tərəfindən atəşkəs rejimi dəfələrlə pozulub. Bu təxribatlar Ermənistanın sülh danışıqlarına qeyri-səmimi yanaşdığını, prosesi ləngitməkdə maraqlı olduğunu göstərir. Bununla yanaşı, Ermənistan rəhbərliyinin Minsk qrupunun ləğvi ilə bağlı konkret addım atmaması da diqqətdən yayınmır. Ermənistan Minsk qrupunun fəaliyyətini formal olaraq bitmiş hesab etsə də, bu formatdan tam imtinanı rəsmi şəkildə bildirməyib. Bakı dəfələrlə bildirib ki, artıq Minsk qrupu fəaliyyətsiz və qeyri-funksional format kimi tarixə qovuşub".
Deputat əlavə edib ki, Ermənistanın siyasəti sülhə xidmət etmədiyi kimi, regionda sabitliyin qorunmasına da zərbə vurur. Ermənistanın bu cür ikiüzlü siyasəti, sülhə doğru irəliləməyi çətinləşdirir və beynəlxalq ictimaiyyəti və tərəfdaşları bu məsələdə daha diqqətli olmağa sövq edir. Rəsmi Bakı isə sülh sazişinin imzalanması üçün konkret və ardıcıl addımlar atıb. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır. Lakin Ermənistanın təxribatçı əməlləri və qeyri-səmimi siyasəti bu istiqamətdə əsas maneə olaraq qalır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Aprel 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri