Ermənistanın mineral xammal xəritəsində Qərbi Azərbaycan toponimlərindən istifadə edilib
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın mineral xammal resurslarının xəritəsi kağız formatda ötən il hazırlanmışdı, lakin İrəvan bu xəritənin yayılmasına mane olurdu.
Missiya.Az xəbər verir ki, bunu "Environmental Protection First" (EPF) Koalisiyasının üzvü "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin rəhbəri Müqabil Bayramov Ermənistanın mineral xammal resurslarının rəqəmsal xəritəsinin təqdimatında deyib.
O qeyd edib ki, bu səbəbdən koalisiya xəritənin rəqəmsal versiyasını elektron daşıyıcılar üzərində hazırlamağı qərara aldı.
"Bu xəritənin yayılmasının qarşısını almaq mümkün olmayacaq", - M.Bayramov əlavə edib.
Koalisiya üzvü bildirib ki, xəritənin hazırlanmasında Azərbaycana dost ölkələrin geoloqlarının təcrübəsindən və Azərbaycanın Sovet dövründə fəaliyyət göstərən geoloqlarının hazırladığı sənədlərdən, xəritələrdən istifadə edilib:
"Biz xəritədə Qərbi Azəbaycan toponimlərindən istifadə etmişik. Bunu tarixi xəritələrin əsasında hazırlamışıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 27 Fevral 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















