Icma.az
close
up
RU
Ermənistanın qarşısında iki yol var, ya Avropaya inteqrasiya, ya da... AÇIQLAMA

Ermənistanın qarşısında iki yol var, ya Avropaya inteqrasiya, ya da... AÇIQLAMA

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın gələcəyi indi bir dönüm nöqtəsindədir.

Keçmişin kölgəsi ilə gələcəyin ümidləri arasında qalan bu ölkə, strateji seçimlərlə həm daxili siyasətini, həm də regiondakı mövqeyini təyin etməli olacaq. Avropa İttifaqına üzvlük arzusu və islahat planları bir tərəfdə durur, digər tərəfdə isə tarixdən gələn bağlılıq, Rusiyanın təsir gücü və qonşu dövlətlərlə mürəkkəb münasibətlər dayanır.

Hər addım diqqətlə hesablanmalıdır, çünki kiçik bir səhv regionda böyük sarsıntılara yol aça bilər. Ermənistanın qarşısında duran seçimlər yalnız onun daxili siyasi xəttini deyil, həm də Avropa ilə Rusiya arasında incə balansı və Cənubi Qafqazın geosiyasətini müəyyən edəcək.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Abutalıb Səmədov bildirib ki, Ermənistan geosiyasi kəsişmədə dayanmış kiçik bir ölkə kimi, uzun illər boyu regionun böyük oyunçuları arasında diqqət mərkəzində olub:

"Tarixi bağlar, strateji məkan və enerji resurslarına çıxış imkanları bu ölkəni həm Qərbin, həm də Rusiyanın maraq dairəsində saxlayır. Son günlər isə Yerevan açıq şəkildə Avropa İttifaqına üzvlük arzularını ifadə etməklə, daxili və xarici siyasətində yeni bir səhifə açmaq istəyir".

Abutalıb Səmədov: Ermənistanın qarşısında iki yol dayanır: Avropaya inteqrasiya və ya Rusiyanın təsiri altında qalmaq

Onun sözlərinə görə, bu yol asan olmayacaq: 

"Avropa İttifaqına üzvlük uzun və mürəkkəb bir prosesdir, kriteriyalara uyğunlaşmaq illərlə çəkir və dərin islahatları tələb edir. İlk baxışda Ermənistanın qərarı ABŞ və Avropaya birbaşa təsir etməsə də, zaman keçdikcə regiondakı balansı dəyişdirəcək. Avropa və Qərb tərəfdarları ilə ruspərəst qüvvələr arasında gərginlik artacaq, seçimlər qaçılmaz olacaq və Ermənistanın xarici siyasət xətti ciddi sınaqdan keçəcək".

Həmsöhbətimiz əlavə edib ki, bu prosesdə Rusiya və İranın təsiri, enerji və təhlükəsizlik maraqları da Ermənistana əlavə təzyiqlər yaradacaq. Rusiya Ermənistanın Avropaya yaxınlaşmasına qarşı çıxacaq və bu ölkədə keçiriləcək parlament seçkilərinə təsir göstərməyə çalışacaq. İran isə Avropanın sərhədlərinə yaxınlaşan Ermənistanı narahatlıqla izləyir:

"Beləliklə, Ermənistanın qarşısında iki yol dayanır: Avropaya inteqrasiya və ya Rusiyanın təsiri altında qalmaq. Hər iki seçim region üçün əhəmiyyətli nəticələr doğuracaq. Bu qərar yalnız Ermənistanın taleyini deyil, həm də Cənubi Qafqazın gələcəyini müəyyən edəcək".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri