Icma.az
close
up
RU
Ermənistanın revanşist cəhdləri Qərbin yeni oyunu RƏY

Ermənistanın revanşist cəhdləri Qərbin yeni oyunu RƏY

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz ki, Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır. Revanşist qüvvələr Azərbaycana qarşı silahlanmağa başlayıb. 

Fransız təlimatçılarının rəhbərliyi ilə şərti sərhədin Ermənistan tərəfində bir-biri ilə tunel sistemi ilə birləşdirilən bastion qalaları tikilir. Eləcə də Rəsmi İrəvan Hindistan, Yunanıstan və Fransa kimi ölkələrdən yeni silahlar, hərbi texnikalar almağa başlayıb. Nikol Paşinyanın reytinqi getdikcə aşağı düşür və bunun qarşısını almaq üçün onun yeniliyə ehtiyacı var. Ermənistan hakimiyyəti bu yeniliyi hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaqda görür.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirdi ki, Ermənistanın havadarları, xüsusilə də Avropa İttifaqı, Avropada olan Ermənistana dəstək verən dövlətlər açıq şəkildə Ermənistanı silahlandırmaq, Ermənistanı süni də olsa cəsarətləndirmək və Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına maneçilik törətmək istəyirlər və faktiki olaraq Ermənistanın müstəqil siyasət yeritməməsindən istifadə edərək Ermənistanı öz təsiri altına salmaqla yanaşı, onlar Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını bir növ reallaşdırırlar.

"Həm Fransanın Ermənistana silah verməsi, silahlar göndərməsi, çox vaxt bu silahın hədiyyə şəklində göndərməsi, eyni zamanda Hindistandan silahların alınması və Yunanıstanda olan S300 raket komplekslərinin Ermənistana verilməsi ilə bağlı danışıqların aparılması onu deməyə imkan verir ki, Avropa İttifaqı Ermənistanı açıq şəkildə silahlandırır və xüsusilə də Avropa İttifaqının müşahidə missiyası adı altında əslində keçmiş hərbçilər və kəşfiyyatçılardan ibarət olan bir qrup Avropa İttifaqının müxtəlif dövlətlərindən olan həmin müşahidə missiyasında təmsil olunan şəxslər, əslində şərti Ermənistan-Azərbaycan sərhədində kəşfiyyat məlumatları toplayırlar. Azərbaycan hərbçilərinə dair məlumatları əldə edərək bir növ Ermənistan silahlı qüvvələrini növbəti toqquşmalara hazırlayırlar və Ermənistan ordusunun güclənməsini təmin edirlər və bu da bir daha qeyd edirəm ki, nəticə etibarilə sülhün əldə olunmasına böyük maneçilik törədir".

Deputat vurğuladl ki, Ermənistanın və Azərbaycanın heç bir vasitəçi olmadan həyata keçirdiyi danışıqlar 2024-cü ilin əvvəllərində məhz sərhədlərin 13 km olan ərazisində delimitasiya və demarkasiyasının reallaşdırılmasına gətirib çıxardı.

"Həmçinin Qazaxın 4 kəndinin geri qaytarılması da məhz heç bir vasitəçi olmadan həyata keçirildi və bu baxımdan da mən düşünürəm ki, hazırda Avropa İttifaqına daxil olan dövlətlərin, xüsusilə də Fransanın açıq şəkildə Ermənistanı silahlandırması və Ermənistanı Azərbaycanla birbaşa danışıqlarda iştirak etməkdən yayındırması Cənubi Qafqazda Ermənistanı həmişə öz təsiri altında saxlamaq və Ermənistan vasitəsilə öz niyyətlərini yerinə yetirmək məqsədini güdməkdədir və Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Azərbaycana təsir və təzyiq alətləri əllərindən çıxdığı üçün hazırda Ermənistandan çox erməni mövqeyi sərgiləməklə və Ermənistanı da silahlandırmaqla Azərbaycana da müəyyən təzyiqlər etmək istəyirlər. Ancaq göründüyü kimi, COP29 ərəfəsində çox böyük cəhdlər oldu. Azərbaycanın bütün bu cəhdləri məharətlə dəf etdi. Hazırda da Ermənistanı silahlandırmaqla bir növ Azərbaycanın Cənubi Qafqazda yaratmaq istədiyi uzunmüddətli və dayanıqlı sülhə maneçilik törətmiş olurlar. İstənilən halda Azərbaycan həm Ermənistanın havadarlarının, həmçinin də Ermənistanın həyata keçirdiyi bu təxribat xarakterli addımları öncədən görür. Bütün bunlara qarşı bizim də öz planlarımız var və biz bir daha açıq şəkildə bəyan etmişik ki, Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhdən başqa yeganə çıxış yolu yoxdur. Əks təqdirdə həmin qüvvələr Azərbaycanla güc dili ilə təhdid dili ilə danışmaqla yalnız və yalnız özlərini çox rüsvayçı və biabırçı vəziyyətə salmış olacaqlar. Çünki 30 il ərzində Ermənistanın işğalçı siyasətini görməzdən gələn bu qüvvələr hazırda Ermənistandan çox erməni mövqeyi sərgiləməklə, faktiki olaraq sülhə böyük maneçilik törədirlər".

O sonda qeyd etdi ki, həmin qüvvələr də çox gözəl anlayırlar ki, Azərbaycanla güc dili ilə, təhdid dili ilə danışmaq olmaz. Sadəcə olaraq, Ermənistanı süni şəkildə cəsarətləndirərək Ermənistana əslində ən böyük pisliyi etmiş olurlar və Ermənistanı daha da geri salırlar. Ermənistan siyasi-hərbi rəhbərliyi reallıqları dərk etməlidirlər. Azərbaycanla danışıqlar masasına qayıdaraq öz öhdəliklərini yerinə yetirməli və Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında sülh sənədini imzalamalı, kommunikasiyaların açılmasını həyata keçirməli və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidirlər.

Digər müsahibimiz politoloq Əli Zülfüqaroğlu isə dedi ki, Avropa İttifaqının bölgədə yerləşdirilən müşahidə missiyasının əslində mahiyyəti sülhün və sabitliyin təmin olunmasına dəstək deyil, əksinə sülhə mane olmaq və Ermənistan üçün kəşfiyyat məlumatlarının toplanmasına çalışmaqdan ibarətdir.

"Son zamanlar biz Ermənistanın sürətlə silahlanmasını müşahidə edirik ki, bu da təsadüfi deyil. Qərb başda Fransa olmaqla Ermənistanı müharibəyə təhrik edir və əlbəttə, burada biz bölgədə vəziyyətin gərginləşdirilməsi və Qərbin öz maraqlarını təmin etmək üçün uyğun zəmin hazırlanmasına cəhdləri müşahidə edirik. Eyni zamanda, Ermənistan hakimiyyəti də bunda maraqlıdır. Yəni Ermənistan hökuməti hesab edir ki, Qərbin bu maraqlarından istifadə edərək Azərbaycana qarşı revanşist niyyətlərini həyata keçirə bilər. Ukrayna-Rusiya savaşı fonunda Ermənistana yalançı vədlər verilirdi ki, Rusiyanın məğlubiyyətindən sonra Ermənistan üçün yeni işğalçılıq niyyətlərinin həyata keçirilməsinə münbit şəraitin yaradılması ilə bağlı Ermənistan inandırılmışdı. Amma Ukrayna-Rusiya savaşında proseslər Qərbin istədiyi kimi getmir və Qərb bölgədə Ermənistanı silahlandırmaqla, həm də Rusiyaya qarşı ikinci cəbhənin açılmasına çalışır. Əlbəttə, Ermənistan hökuməti də bundan yararlanmaq niyyətləri göz önündədir. Ona görə də sürətlə silahlanma prosesi bəlli bir məqsədə xidmət edir və Azərbaycan üçün bütün mənzərə tamamilə aydındır. Amma Ermənistan Qərbin təhriki ilə bölgədə yeni müharibəyə gedəcəksə, o zaman Ermənistanın dövlətçiliyin mövcudluğu tamamilə sual altına düşəcək və Ermənistan üçün fəlakətli bir mərhələnin başlanğıcının şahidi olacağıq", - deyə o sonlandırıb.

Mehman Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 28 Noyabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see128

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see120

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri