Icma.az
close
up
RU
Ermənistanın yeni rolu Qərbin İrana qarşı FORPOSTU

Ermənistanın yeni rolu Qərbin İrana qarşı FORPOSTU

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistanda səfərdə olub. Vens Baş nazir Nikol Paşinyanla görüşüb. Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti Cey Di Vens ABŞ-lə Ermənistan arasında nüvə enerjisi sahəsində dinc əməkdaşlığa dair memorandum imzalanıb.

İmzalanan sənəd iki ölkənin nüvə enerjisi sahəsində gələcək strateji qarşılıqlı fəaliyyətinin hüquqi əsasını təşkil edir.

Bununla yanaşı diqqətçəkən məqamlardan biri də Vensin Ermənistana 11 milyon dollarlıq müşahidə dronlarının satışını təsdiqləməsi olub. Bu anlaşmalar gözləri Ermənistan-İran münasibətlərinə çevirir.

Belə ki, V-BAT tipli pilotsuz uçuş aparatları (PUA) əldə edilməsi İrana qarşı mümkün kəşfiyyat və nəzarət mexanizmləri kimi dəyərləndirilir.V-BAT tipli PUA-lar texniki xüsusiyyətlərinə görə yalnız taktiki müşahidə üçün deyil, uzunmüddətli kəşfiyyat, sərhəd nəzarəti və real vaxt məlumat ötürülməsi imkanlarına malikdir. Ermənistanın coğrafi mövqeyi nəzərə alındıqda, bu platformaların İran sərhədlərinə yaxın ərazilərdə müşahidə və kəşfiyyat məqsədləri üçün istifadəsi ehtimalı istisna edilmir. Rəsmi İrəvan bunu müdafiə qabiliyyətinin gücləndirilməsi kimi təqdim etsə də, regional konfiqurasiya bu addımı daha geniş geosiyasi kontekstə yerləşdirir.

Əvvəla, bu razılaşmalar fonunda diqqətçəkən əsas məqam ondan ibarətdir ki, ABŞ-Ermənistan münasibətləri artıq klassik diplomatik əməkdaşlıq çərçivəsindən çıxaraq açıq geosiyasi məzmun kəsb edir. Nüvə enerjisi sahəsində “dinc əməkdaşlıq” adı altında qurulan hüquqi baza, eyni zamanda Vensin 11 milyon dollarlıq müşahidə dronlarının satışını təsdiqləməsi Ermənistanın təhlükəsizlik arxitekturasının Qərb standartlarına uyğun şəkildə yenidən formalaşdırıldığını göstərir. Bu isə İrəvanın tədricən Qərbin regiondakı maraqlarına xidmət edən strateji dayaq nöqtəsinə çevrildiyini deməyə əsas verir.

Ermənistanla hər zaman yaxşı əlaqələrə malik olan İran üçün isə bu, ciddi təhdid yarada bilər. Çünki Ermənistanın hərbi-texniki imkanlarının ABŞ tərəfindən gücləndirilməsi Tehrana qarşı kəşfiyyat və müşahidə imkanlarının genişləndirilməsi kimi başa düşülür. Beləliklə, Ermənistan təkcə Cənubi Qafqazda deyil, daha geniş regional kontekstdə-İranı əhatə edən Qərb təhlükəsizlik zəncirinin bir halqasına çevrilir. Bu proses İrəvanın balanslı xarici siyasətdən uzaqlaşaraq Qərbin İrana qarşı formalaşdırdığı strateji xəttin ön cəbhə ölkələrindən biri rolunu qəbul etdiyini açıq şəkildə nümayiş etdirir.  Bu baxımdan ABŞ ilə Ermənistan arasında nüvə enerjisi sahəsində dinc əməkdaşlıq elə-belə deyil. Bu, Ermənistanı İrana qarşı forposta çevirmək üçün onu şirnikləşdirmə məqsədi daşıyır.

Digər yandan onu da qeyd etmək lazımdır ki, bu proseslər eyni zamanda Ermənistanın uzun illər daşıdığı geosiyasi rolun dəyişdiyini göstərir. Bir vaxtlar Rusiyanın Cənubi Qafqazdakı əsas forpostu kimi çıxış edən Ermənistan indi sürətlə Moskvanın təsir orbitindən uzaqlaşaraq Qərbin strateji dayaq nöqtəsinə çevrilir. ABŞ-lə nüvə enerjisi sahəsində imzalanan memorandum, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi və müşahidə dronlarının satışı bu transformasiyanın artıq rəsmi və institusional mərhələyə keçdiyini göstərir.

Beləliklə, Ermənistanın təhlükəsizlik və xarici siyasət vektoru kəskin şəkildə dəyişir: Rusiya ilə hərbi-siyasi asılılıq mərhələli şəkildə zəiflədilir, əvəzində ABŞ və Qərb strukturları ilə dərin inteqrasiya həyata keçirilir. Bu isə İrəvanın təkcə regional balansda deyil, İran ətrafında formalaşdırılan Qərb təhlükəsizlik strategiyasında da ön xətt ölkəsinə çevrildiyini təsdiqləyir ki, bu da təbii olaraq, onsuz da son aylar kövrək hal almış Ermənistan-İran əlaqələrinin daha da kəskin xarakter almasına səbəb ola bilər.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, İranda baş verən etirazlar zamanı münasibətlərdəki soyuqluq özünü büruzə vermişdi. İran rəsmiləri  Ermənistan ərazisinin və Ermənistan cəmiyyətinin İran əleyhinə fəaliyyətlər üçün istifadə olunduğuna dair narahatlıqlarını dilə gətirmişdilər.

Hətta İranın Ermənistandakı səfiri Xəlil Şirqulami "Ermənistan İrana düşmən qüvvələrin mərkəzinə çevrilir", - deyərək Tehranın qonşusundan narazılığını rəsmi dilə gətirmişdi. 

Görünən odur ki, Ermənistanın siyasi xəttinin əsas hədəfi İranın regional imkanlarının izlənməsi və nəzarətdə saxlanılmasıdır.Əgər bu kurs dəyişməzsə, Ermənistanın “təhlükəsizlik qazancı” qısa müddətli ola, əvəzində ölkə böyük güclərin qarşıdurma xəritəsində ön xəttə çəkilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri