Icma.az
close
up
RU
Ermənistanın seçimi və Qərbin “hibrid” dəstəyi

Ermənistanın seçimi və Qərbin “hibrid” dəstəyi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan ətrafında baş verən son proseslər, Avropa İttifaqının (Aİ) İrəvana siyasi və institusional dəstəyi, habelə qarşıdan gələn parlament seçkiləri fonunda “hibrid təhdidlər” mövzusunun aktuallaşması bütövlükdə Cənubi Qafqazın gələcək geosiyasi trayektoriyasına təsir göstərə biləcək amillər kimi çıxış edir. 

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən səsləndirilən fikirlər rəsmi Brüsselin Ermənistanla əməkdaşlığı yeni mərhələyə daşımaq niyyətindən xəbər verir. Aİ-nin parlament seçkiləri ərəfəsində Ermənistanda “hibrid sürətli reaksiya qrupu” yerləşdirmək planı və ölkənin  dayanıqlılığının artırılması üçün 15 milyon avro ayırmaq qərarı, faktiki olaraq, ölkənin daxili siyasi sabitliyinin artıq təkcə milli məsələ deyil, Avropa təhlükəsizlik gündəliyinin tərkib hissəsi kimi qiymətləndirildiyini göstərir. Söhbət təkcə texniki dəstəkdən getmir burada informasiya təhlükəsizliyi, seçki prosesinin bütövlüyü və dövlət institutlarının xarici təsirlərə qarşı davamlılığı kimi strateji məsələlər ön plana çıxır. 

Rəsmi İrəvanın mövqeyi də diqqətəlayiqdir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Brüsselə ünvanlanan müraciət, eləcə də iqtisadiyyat naziri Gevork Papoyanın hibrid hücumlar və kibertəhdidlər barədə açıqlamaları göstərir ki, Ermənistan hakimiyyəti qarşıdan gələn seçkiləri yalnız daxili siyasi rəqabət kontekstində deyil, həm də geosiyasi təzyiqlər müstəvisində qiymətləndirir. “Demokratiyanın özünümüdafiə hüququ var” tezisi əslində kiçik və orta dövlətlərin yeni beynəlxalq reallıqda üzləşdiyi çağırışların ümumiləşdirilmiş ifadəsidir. Müasir dövrdə seçkilərə müdaxilə artıq klassik hərbi müdaxilə formasında deyil, informasiya manipulyasiyası, sosial şəbəkələrdə dezinformasiya kampaniyaları, iqtisadi təsir rıçaqları və siyasi təsir şəbəkələri vasitəsilə həyata keçirilir. 

Erməni politoloq Areq Koçinyanın Rusiya amilini əsas təhlükə kimi qiymətləndirməsi İrəvanda formalaşmaqda olan yeni strateji düşüncənin göstəricisidir. Onun fikrincə, Rusiyanın Ermənistanda təsir gücü bu yaxınlarda seçkilərin keçirildiyi Moldovadan daha çoxdur: “Buraya həm şübhəsiz ki, “satın alınmış” siyasi fiqurlar və qüvvələr, həm də müxtəlif media qurumları, xeyriyyə fondları və QHT-lər şəklində birbaşa imkanlar daxildir. Bütün bunlar onların uğur şanslarını artıra bilər. Ermənistan öz dayanıqlığını gücləndirmək üçün dövlət səviyyəsində tədbirlər görməlidir”. 

Bu yanaşma təsadüfi deyil. 2020-ci ildən sonra regionda yaranmış yeni reallıqlar, Qarabağ münaqişəsinin hərbi fazasının başa çatması və Rusiya sülhməramlı kontingentinin bölgədən çıxarılması fonunda Ermənistanın təhlükəsizlik arxitekturası ciddi transformasiya mərhələsinə daxil olub. Əvvəllər əsas dayağı Rusiya olan Ermənistan indi alternativ ünvanlar axtarmağa çalışır. Bu isə istər-istəməz, Moskva ilə münasibətlərdə gərginlik yaradır. 

Burada Moldovanın təcrübəsinə istinad edilməsi də rəmzi xarakter daşıyır. Aİ ötən il seçkilər ərəfəsində Kişinyova oxşar dəstək göstərmiş və bunu uğurlu model kimi təqdim etmişdi. Lakin Ermənistanla Moldova arasında ciddi fərqlər mövcuddur. Moldova artıq Aİ-yə namizəd ölkə statusu alıb və onun Avroatlantik inteqrasiyası daha aydın institusional çərçivəyə malikdir. Ermənistan isə, eyni zamanda, Avrasiya İqtisadi İttifaqının üzvüdür və bu fakt geosiyasi balansı mürəkkəbləşdirir. Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin Qərbin Ermənistanı geosiyasi mübarizə aləti kimi istifadə etdiyi barədə bəyanatı Moskvanın proseslərə hansı prizmadan baxdığını göstərir. Kreml üçün Ermənistanın Aİ ilə təhlükəsizlik və siyasi sahədə dərinləşən əməkdaşlığı postsovet məkanında təsir dairəsinin daralması deməkdir. 

*** 

Cənubi Qafqazın digər mühüm aktoru Azərbaycan üçün isə əsas prioritet regionda davamlı sülhün təmin olunması və kommunikasiyaların açılmasıdır. Brüsseldə aparılan müzakirələrdə Aİ-nin Ermənistana dəstəyinin Azərbaycanla sülh prosesinə mənfi təsir göstərməməsinin xüsusi vurğulanması da bunu təsdiqləyir. Rəsmi Bakı son illər Ermənistan ərazisində yerləşdirilmiş Aİ müşahidə missiyası ilə bağlı müəyyən narahatlıqlarını ifadə edib. Lakin yeni missiyanın daha çox hibrid təhdidlərə və seçki prosesinin qorunmasına yönələcəyi bildirilir. Əgər bu mexanizm doğrudan da regionda sabitliyi gücləndirən və sülh gündəliyini dəstəkləyən amilə çevrilərsə, bu, Cənubi Qafqaz üçün müsbət presedent olacaq. 

Eyni zamanda, ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh təşəbbüsləri və Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar yeni regional konfiqurasiyanın formalaşmasına xidmət edir. Ermənistan daxilində bəzi ekspertlərin təhlükəsizlik asılılığını azaltmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını vacib sayması göstərir ki, regionun gələcəyi qarşılıqlı düşmənçilik modelindən əməkdaşlıq modelinə keçiddən asılıdır. Bu isə yalnız birtərəfli geosiyasi seçimlərlə deyil, balanslaşdırılmış və praqmatik siyasətlə mümkündür. 

Hazırkı mərhələdə əsas sual ondan ibarətdir ki, Ermənistan qarşıdan gələn seçkiləri daxili sabitlik və xarici balansı qoruyaraq keçirə biləcəkmi? Əgər seçki prosesi legitim və şəffaf şəkildə baş tutarsa, bu, ölkənin beynəlxalq mövqelərini gücləndirə bilər. Əks halda, daxili siyasi parçalanma və xarici təsir iddiaları Ermənistanı daha dərin geosiyasi qarşıdurma meydanına çevirəcək. Bu isə bütövlükdə Cənubi Qafqazda sabitliyə mənfi təsir göstərər. 

Beləliklə, Ermənistan ətrafında cərəyan edən proseslər təkcə bir ölkənin seçki təhlükəsizliyi məsələsi deyil, bütövlükdə regionun gələcək geosiyasi arxitekturasının formalaşması baxımından əhəmiyyətlidir. Aİ-nin fəallaşması, Rusiyanın narahatlığı, ABŞ-ın vasitəçilik təşəbbüsləri və Azərbaycan–Ermənistan sülh gündəliyi paralel şəkildə inkişaf edir. Cənubi Qafqaz üçün optimal yol qarşıdurma platformasına çevrilmək deyil, əməkdaşlıq məkanına transformasiya olunmaqdır. Bunun üçün isə region dövlətləri xarici təsir balansını qorumaqla yanaşı, milli maraqları əsas götürən, praqmatik və uzaqgörən siyasət yürütməlidirlər. Yeni reallıq məhz bunu tələb edir.

Pünhan ƏFƏNDİYEV 

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Fevral 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri