Medvedev: Ermənistanın Qərbin diktəsindən qurtulması çətin olacaq
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Qərbin diktəsi altına düşən İrəvanın bu asılılıqdan qurtulması son dərəcə çətin olacaq.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
D.Medvedev Ermənistandakı seçkilərə Qərbin müdaxilə etdiyini və dövlət aparatını əllə idarəetmə rejiminə keçirdiyini diqqətə çatdırıb. Ermənistan hakimiyyətinin müxalifət lideri Qaqik Sarukyana qarşı repressiyalara başladığını bildirən siyasətçi, Avropa İttifaqının diplomatik missiya rəhbərinin səsvermə günü Mərkəzi Seçki Komissiyasında olmasını tənqid edib:
"Bütün bunlar seçki kampaniyasına müdaxiləsi görünməmiş həddə çatan Qərb ölkələrinin tam səssizliyi fonunda baş verir. Öz sevimli neomüstəmləkəçilik təcrübələrinə uyğun olaraq, onlar Ermənistanın dövlət aparatını sözün əsl mənasında əllə idarəetmə rejiminə qoyublar".
D.Medvedev Qərbin Ermənistana yalnız Rusiyaya qarşı mübarizə aləti kimi yanaşdığını və Moskva ilə İrəvan arasında onilliklər ərzində formalaşmış əlaqələrin qırılmasının sıravi Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracağını bildirib. O, Rusiyanın Ermənistan hakimiyyətinin real niyyətləri barədə onların atacağı praktiki addımlara əsasən qərar verəcəyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 28 İyun 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















