Icma.az
close
up
RU
Ermənistanın Rusiyadan asılı olduğu SAHƏLƏR

Ermənistanın Rusiyadan asılı olduğu SAHƏLƏR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Mayın 4-də Ermənistanın paytaxtı İrəvanda Avropa Siyasi Birliyinin VIII Zirvə toplantısı keçirilib. Avropa liderlərinin iştirakı ilə baş tutan sammitdə Fransa Prezidenti Emmanuel Makronun çıxışı diqqət çəkən məqamlarla yadda qalıb.

Makron çıxışında Ermənistanı Rusiyanın keçmiş “forpostu” kimi xarakterizə edib və bir neçə il əvvəl Avropa liderlərinin İrəvana səfər etmədiyini xatırladıb:

“8 il əvvəl bu ölkə bir çox dövlətlər tərəfindən de-fakto Rusiyanın peyki kimi qəbul olunurdu. Nikol Paşinyan “məxməri inqilab” həyata keçirərək ölkə üçün riskləri azaltmağa çalışdı”.

Fransa Prezidenti həmçinin Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna toxunaraq ölkə ərazisində 4000 rus hərbçisi və 1000 sərhədçinin yerləşdiyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət Avropa İttifaqının regionda daha fəal rol oynamasını zəruri edir və Ermənistanın sərhəd təhlükəsizliyinə dəstək verilməlidir.

Lakin Makronun səsləndirdiyi siyasi qiymətləndirmələrə baxmayaraq, Ermənistanın Rusiyadan asılılığı yalnız hərbi komponentlə məhdudlaşmır. “The Economist” jurnalının qiymətləndirmələrinə əsasən, Ermənistan Rusiyadan ən çox asılı olan ölkələr sırasında ilk üçlükdə yer alır.

Modern.az-ın araşdırması göstərir ki, bu asılılıq bir neçə strateji istiqaməti əhatə edir: enerji sektoru, iqtisadiyyat və ticarət, hərbi təhlükəsizlik, sərhəd nəzarəti, həmçinin infrastruktur və nəqliyyat.

Enerji sektoru: Rusiya təsirinin əsas dayağı

Ermənistanın enerji təhlükəsizliyi demək olar ki, tam şəkildə Rusiyadan asılıdır. Ölkənin qaz təchizatı “Qazprom Armenia” tərəfindən idarə olunur və enerji infrastrukturunda Rusiya kapitalı üstün mövqeyə malikdir.

Elektrik enerjisi istehsalında da Rusiya amili mühüm rol oynayır. "Metsamor" Atom Elektrik Stansiyası ölkənin elektrik istehsalının təxminən 30-40 faizini təmin edir. Stansiyanın yanacaq təchizatı və texniki təminatı da Rusiya tərəfindən həyata keçirilir.

İqtisadiyyat və ticarət: yüksək asılılıq səviyyəsi

Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır. Ermənistan ixracının böyük hissəsi Rusiya bazarına yönəlib. Eyni zamanda, ölkəyə daxil olan birbaşa xarici investisiyaların təxminən 70 faizinin Rusiya kapitalına bağlı olduğu bildirilir.

Ermənistanın xarici ticarətinin 1/3-i Rusiya ilə bağlıdır və 2023-cü ilin ilk 9 ayında ixrac-idxal əməliyyatlarının əhəmiyyətli hissəsi(müvafiq olaraq 51% və 30%-red) Rusiya ilə həyata keçirilib. Rusiya-Ukrayna müharibəsindən sonra Ermənistanın Rusiyaya təkrar ixracı (avtomobil, məişət texnikası və s.) 3 dəfəyə qədər artıb, bu da iqtisadiyyatı daha da asılı vəziyyətə salıb.

Bununla yanaşı, Rusiyada çalışan erməni miqrantların göndərdiyi pul köçürmələri Ermənistan iqtisadiyyatında mühüm rol oynayır. Xüsusilə 2022-ci ildən sonra Rusiyadan Ermənistana köçən vətəndaşların sayının artması xidmət və İT sektorunda da müəyyən canlanma yaradıb.

Hərbi təhlükəsizlik: KTMT və Rusiya bazası

Ermənistanın təhlükəsizlik sistemi hələ də Rusiya ilə sıx inteqrasiya olunmuş vəziyyətdədir. Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası və KTMT çərçivəsində əməkdaşlıq bu asılılığın əsas göstəricilərindəndir.

Eyni zamanda, Ermənistan ordusunun silahlanmasının mühüm hissəsi Rusiya istehsalı texnikaya əsaslanır. Bu isə həm texniki, həm də logistik baxımdan Moskva asılılığını gücləndirir.

Sərhəd nəzarəti: FTX-nın rolu

Ermənistanın Türkiyə və İranla dövlət sərhədlərinin mühafizəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd qoşunları tərəfindən həyata keçirilir. Bu fakt ölkənin sərhəd təhlükəsizliyində xarici aktorun birbaşa iştirakını göstərir.

İnfrastruktur və nəqliyyat: strateji idarəçilik

Dəmir yolu sistemi daxil olmaqla bir sıra strateji infrastruktur obyektlərinin idarəçiliyində Rusiya şirkətləri uzun illərdir aktiv rol oynayır. Nəqliyyat-logistika sahəsində isə Ermənistan əsasən Rusiya və Gürcüstan üzərindən keçən marşrutlardan asılıdır. Bununla yanaşı Ermənistan Dəmir Yolları  Rusiyanın idarəsindədir. Və bu idarəçiliyin hələ 2044-cü ilə qədər müddəti qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 May 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri