Icma.az
close
up
RU
Ermənistanın sabiq prezidenti Paşinyan haqda görün nələr dedi

Ermənistanın sabiq prezidenti Paşinyan haqda görün nələr dedi

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Nikol Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətlərini pisləşdirməyə yönəlmiş hərəkətlərini “avantüra” adlandırıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Köçəryan Geqarkunik vilayətində seçicilərlə görüşü zamanı belə deyib.

“Hazırda biz açıq-aydın Rusiya ilə, eləcə də, Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri korlayan növbəti avantüraya cəlb olunuruq”, - deyə o bildirib.

Köçəryan qeyd edib ki, Geqarkunik bölgəsinin xeyli sakini Rusiya ilə münasibətlər sayəsində ailələrinin rifahını təmin edir.

Keçmiş prezidentin sözlərinə görə, rəhbərlik etdiyi “Ermənistan” bloku supergüclərlə münasibətlərin süni şəkildə gərginləşdirilməsini eləcə də geosiyasi mərkəzlər arasındakı ziddiyyətlərə qarışmağı yolverilməz hesab edir. Köçəryan qeyd edib ki, liderin səhvlərinin bədəlini xalq ödəyəcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 9-da keçirdiyi mətbuat konfransında Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını Avrasiya İqtisadi İttifaqının növbəti sammitində müzakirə etməyi təklif edib.

Prezident Putin həmçinin, bildirib ki, Ermənistan hakimiyyəti Avropa İttifaqına və ya Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsi ilə bağlı referendum keçirməlidir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya Prezidentinin açıqlamalarını cavabsız qoymayıb:

“Orada yeni bir şey yoxdur. Hazırda biz Avrasiya İqtisadi İttifaqının üzvüyük, fəaliyyətimizi orada davam etdiririk. 

O da sirr deyil ki, Ermənistan xalqının da, belə demək mümkünsə, Avropa iddiaları var. Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olduğu an gəldikdə, təbii ki, biz bu seçimi edəcəyik”, - deyə Mirzoyan bildirib.

Əslində, Mirzoyanın Putinə bu cavabı “Vaxtı gələndə Avrasiya İqtisadi İttifaqından çıxacağıq” kimi oxunmalıdır. Lakin indiki sitiasiyada rtəsmi Moskvanın bu məsələni gündəmə gətirməsi ilk növbədə, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır. 

Rusiya seçkiqabağı Paşinyana təzyiq edərək onu Avrointeqrasiya kursundan döndərməyə çalışır. Paşinyanın son vaxtlara qədər yürütdüyü balanslaşdırılmış xarici siyasət Rusiyaya problem yaratmırdı. Ona görə də Rusiya Paşinyanın “iki stulda əyləşməsi”nə razılıq verirdi. Bu, sanksiyalardan Ermənistan vasitəsilə yayınmaqda Rusiyaya kömək edirdi.

Lakin indi Cənubi Qafqazda vəziyyət kifayət qədər dəyişib və Paşinyan birtərəfli qaydada Avropa İttifaqı ilə yaxınlaşmaq siyasətinə üstünlük verir.

Seçkilərdə çox güman ki, Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası qalib gələcək və bundan sonra bundan sonra Ermənistanın Qərbə inteqrasiyası üçün əlverişli konyuktur formalaşacaq. Yəni seçkilərdən sonra Ermənistanda yeni konstitusiyanın qəbulu, Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması və Türkiyə ilə sərhədlərin açılması gözlənilir. Bu isə, Rusiyanın Ermənistan üzərində və Cənubi Qafqazda geosiyasi təsirini itirməsi ilə nəticələnə bilər.

Digər tərəfdən, Putinin sərt xəbərdarlığı  Avropa Siyasi Birliyinin mayın 4-5-də İrəvanda keçirilmiş  sammitinə reaksiyası kimi başa düşülməlidir. Rusiya prezidenti Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə, sanksiyalara məruz qalacağı ilə təhdid edir. Ermənistanın Avropa İttifaqına üzvlük qərarı Aİİ-nin nizamnaməsinə ziddir.

Ona görə də çox güman ki, bu məsələ Ermənistanın yeni konstitusiyasında təsbit edilməklə referenduma çıxarılacaq. Bundan sonra Ermənistanın Aİİ-dən çıxması məsələsi gündəmə gələcək. Çünki Ermənistandan Aİİ ilə Aİ arasında seçim etməyi yalnız Kreml deyil, Qərb də tələb edir. Avropa İttifaqı Ermənistanın Aİİ, KTMT və MDB sıralarını tərk etməsini istəyir.  Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Putinin açıqlamasına münasibət bildirərək Avropa İttifaqının Ermənistanın bu quruma üzvü olmaq istəyini dəstəkləyəcəyini deyib.

Göründüyü kimi, Ermənistan üzərindən Rusiya və Avropa İttifaqı arasında geosiyasi qarşıdurmanın artması müşahidıə olunur. Robert Köçəryanın seçicilər qarşısında Paşinyanı Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri korlayan avantürist siyasət yürütməkdə ittiham etməsi əslində, Rusiyaya ünvanlanmış mesajdır.

Köçəryan rəhbərlik etdiyi seçki blokunu geosiyasi mərkəzlər arasındakı ziddiyyətlərə qarışmadığını iddia etsə də yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Siyasi reytinqinə görə  seçkilərdə qələbə qazanmaq imkanı olmayan eks-prezident Rusiyanın dəstəyinə bel bağlayır.

Onun bu çıxışı Putinə “Məni hakimiyyətə gətir, Avrointeqrasiya siyasətindən imtina edim və Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalsın” - mesajını özünü ehtiva edir. Bu həm də Rusiyanı milyarder Samvel Karapetyana dəstəkdən çəkindirmək məqsədi daşıyır. Köçəryan özünü Rusiyaya sədaqətdə sınaqdan çıxmış və Karapetyandan fərqli olaraq, siyasi təcrübəsi olan biri kimi təqdim edir. 

Lakin Rusiya rəhbərliyinin hələlik iqtisadi sanksiyalar və diplomatik təzyiq üsullarından istifadə etməyə üstünlük verməsi Ermənistan müxalifətinə yetərincə ümid bəsləmədiyini göstərir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Köçəryan Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 May 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri