Icma.az
close
up
RU
Ermənistanın Şuşaya, Kəlbəcərə, Füzuliyə və Zəngilana hücumlarının qanlı faciələri

Ermənistanın Şuşaya, Kəlbəcərə, Füzuliyə və Zəngilana hücumlarının qanlı faciələri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 25-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Sahib Əsgərov bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində qohumlarından həyatını itirənlər və yaralananlar olub. Kəlbəcər sakinləri şəhəri tərk edərkən onlara çıxış üçün yol belə verilməyib. Zərərçəkən Kəlbəcərdə “Tunel” faciəsinin şahidi olduğunu da diqqətə çatdırıb. O, ifadəsində, həmçinin düşmən tərəfdən xaricdən gətirilmiş muzdlu döyüşçülərin də olduğunu bildirib.

Sabir Quliyev 1992-ci il mayın əvvəlində Şuşadan məcburi köçkün düşdüyünü, əmisi oğlanları Tahir və Rəfael Quliyevlərin həlak olduqlarını söyləyib. O deyib: “Şuşanın işğalı zamanı qarşı tərəf dinc əhaliyə humanitar dəhliz vermədi. Laçından keçəndə isə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq. Orada yaşlı qadın həlak oldu”.

Almaz Ağayeva bildirib ki, ailəsi ilə Xankəndidən Şuşaya köçməyə məcbur olub. 1992-ci ildə isə Şuşadan da məcburi köçkün düşüb. Qonşusu Zöhrə Quliyeva orada qətlə yetirilib, atası yaralanıb. Sevda Həsənova deyib ki, 1993-cü ilin avqustunda Füzuli rayonunda

qonşu qızın bədəni qrad mərmisindən parça-parça olmuşdu. Araz Cəbrayılov 2023-cü il sentyabrın 19-da Xankəndi yaxınlığında meşədə yaralandığını bildirib.

Zərərçəkən Nadir Məmmədov 1993-cü il oktyabrın sonlarında Zəngilandan məcburi köçkün düşdüyünü və yaralandığı söyləyib: “Mülki əhaliyə rayondan çıxmaq üçün heç bir humanitar dəhliz verilmədi, sakinlər atəşə tutulurdu”.

Nəriman Ələsgərov deyib ki, Zəngilanın işğalı zamanı poçtalyon Bəhmən artilleriya atəşi nəticəsində öz həyətində həlak olub: “Vəli dayının ailəsini qətlə yetirdilər. İsmayıl dayını ruhi xəstə oğlu ilə birlikdə tanka bağlayaraq sürüyüb öldürdülər. Əhaliyə humanitar dəhliz verilməmişdi”. Nəriman Ələsgərov Zəngilan işğaldan azad olunandan sonra oraya qayıdarkən kəndlərdə daşın daş üstə qalmadığını, qəbiristanlıqların dağıdıldığını gördüyünü söyləyib.

Zərərçəkənlər təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını da cavablandırıblar.

Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr elan olunub.

Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri