Icma.az
close
up
RU
Ermənistanın üçtərəfli bəyanatdan çıxması hansı hüquqi pozuntulara yol açar?

Ermənistanın üçtərəfli bəyanatdan çıxması hansı hüquqi pozuntulara yol açar?

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"2020-ci il 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində hüquqi əhəmiyyətə malik olan, tərəflər arasında sülhün və təhlükəsizliyin təmininə yönəlmiş razılaşmadır. Bu bəyanatın hüquqi xarakteri, onun birbaşa olaraq müharibəni dayandırması və konkret hərbi-siyasi öhdəliklər müəyyən etməsi ilə formalaşır. Həmin öhdəliklərə Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması, sülhməramlı qüvvələrin yerləşdirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və bölgədə yeni status-kvonun hüquqi şəkildə tanınması daxildir. Bu xüsusda, Ermənistanın bəyanatdan birtərəfli qaydada çıxacağı barədə səsləndirilən fikirlər beynəlxalq hüquq baxımından əsassız və hüquqi nəticə doğurmayacaq məsuliyyətsiz bəyanatlardır".
Bu fikirləri Newscenter.az-a hüquqşünas Əli İbrahimov Ermənistanın üçtərəfli bəyanatdan çıxacağı barədə Sərkisyan-Köçəryan klanının açıqlamasını şərh edərkən səsləndirib. O bildirib ki, beynəlxalq hüququn əsas mənbələrindən biri olan 1969-cu il tarixli Beynəlxalq Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasının 26-cı maddəsinə əsasən, “hər bir müqavilə tərəflər üçün məcburidir və onlar bu müqaviləni vicdanla yerinə yetirməlidirlər”.
"Bu prinsip "pacta sunt servanda" adlanır və beynəlxalq hüququn əsasında duran əsas qaydalardan biridir. Ermənistanın üçtərəfli bəyanatdan çıxması bu prinsipi birbaşa pozmaq demək olardı. Həmin Konvensiyanın 54-cü maddəsinə görə, bir müqavilədən çıxış yalnız iki halda mümkündür: Birincisi, müqavilədə belə bir çıxış hüququ açıq şəkildə göstərilibsə, ikincisi isə tərəflərin ümumi razılığı ilə. 10 noyabr bəyanatında çıxış və ya imtina proseduru nəzərdə tutulmayıb və tərəflər arasında da bu barədə razılaşma mövcud deyil. Deməli, Ermənistanın birtərəfli qaydada bu sənəddən imtinası hüquqi baxımdan əsassızdır və beynəlxalq müqavilə hüququnu pozur".
Əli İbrahimov deyib ki, digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən, dövlətlər beynəlxalq mübahisələri dinc vasitələrlə həll etməli və beynəlxalq münasibətlərdə güc tətbiqindən və ya güc tətbiq etməklə hədələməkdən çəkinməlidirlər:
"Ermənistanın bu bəyanatdan imtina edərək, faktiki olaraq münaqişəni yenidən alovlandırmaq ehtimalı yaratması, bu fundamental prinsiplərin pozulması deməkdir. Həmçinin, BMT Nizamnaməsinin 33-cü maddəsinə əsasən, tərəflər hər hansı mübahisəni danışıqlar, araşdırma, vasitəçilik, barışdırma, arbitraj və ya məhkəmə vasitəsilə və digər dinc yollarla həll etməyə borcludurlar. Ermənistanın bəyanatdan çıxması, bu öhdəliklərin də pozulması ilə nəticələnər və beynəlxalq məsuliyyət doğura bilər.
Ermənistanın bu razılaşmanı pozması, eyni zamanda regional və beynəlxalq təhlükəsizliyə təhlükə yarada bilər. Belə ki, həmin bəyanat vasitəsilə müharibə vəziyyəti dayandırılmış, sülhməramlı qüvvələr yerləşdirilmiş və milyonlarla insanın həyatı birbaşa olaraq bu razılaşmanın davamlılığından asılı vəziyyətə düşmüşdür. Ermənistanın bu öhdəlikdən imtinası, BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq, “sülhə təhdid”, “sülhün pozulması” və “təcavüz aktı” kimi qiymətləndirilə bilər. Bu isə BMT Təhlükəsizlik Şurasının məsələyə müdaxiləsini və Ermənistanın sanksiyalara məruz qalmasını gündəmə gətirə bilər.
Bundan əlavə, Ermənistan Avropa Şurasının və ATƏT-in üzvü olaraq, münaqişələrin dinc yolla həllinə dair öhdəliklər götürmüşdür. Avropa Şurasının əsas hüquqi sənədlərindən olan Avropa İnsan Hüquqları Konvensiyası da müharibə və zorakılığın qarşısının alınmasına, insan hüquqlarının mühafizəsinə çağırır. Ermənistanın bəyanatdan çıxması bu Konvensiyada təsbit olunmuş yaşamaq hüququnun (2-ci maddə), işgəncələrə və qeyri-insani rəftara məruz qalmamaq hüququnun (3-cü maddə) və mülkiyyət hüququnun (1 saylı Protokol, 1-ci maddə) pozulmasına gətirib çıxara bilər. Çünki hərbi toqquşmaların yenidən başlanması həmin hüquqların pozulması riskini artırar.
Eyni zamanda, 10 noyabr bəyanatı faktiki olaraq sülh sazişinə aparan yolun başlanğıcı kimi qiymətləndirildiyindən, ondan çıxış Ermənistanı diplomatik cəhətdən dalana salacaq. Bu, həmçinin beynəlxalq vasitəçilər olan Rusiya və ATƏT tərəfindən mənfi qarşılanacaq. Bu zaman Ermənistan “etibarsız tərəfdaş” kimi tanınaraq gələcək danışıqlarda və regional layihələrdə kənarda qala bilər".
Əli İbrahimov onu da vurğulayıb ki, Ermənistan həm də bəyanatda nəzərdə tutulmuş iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması öhdəliyindən də birtərəfli imtina etmiş olar:
"Bu da Ümumdünya Ticarət Təşkilatının (ÜTT) “ticarət maneələrinin aradan qaldırılması” prinsiplərinə və digər beynəlxalq iqtisadi əməkdaşlıq mexanizmlərinə ziddir. Belə olan halda Azərbaycan və Rusiya tərəfindən Ermənistanla iqtisadi əlaqələrin məhdudlaşdırılması, tranzit xətlərinin bağlanması və digər hüquqi-siyasi tədbirlərin görülməsi mümkündür.
Nəticə olaraq, Ermənistanın Köçəryan-Sərkisyan cütlüyünün ritorikasında səslənən "üçtərəfli bəyanatdan çıxmaq" planları beynəlxalq hüquq baxımından heç bir hüquqi əsas daşımır və ciddi nəticələrə səbəb ola bilər. Belə bir addım Ermənistanın beynəlxalq öhdəliklərinin pozulması ilə yanaşı, regionda sülh və sabitliyə, milyonlarla insanın həyatına birbaşa təhlükə törədəcək. Bu həm də Ermənistanın beynəlxalq hüquqa hörmətsiz münasibətini nümayiş etdirər və dövlət kimi onun hüquqi etibarlılığını ciddi şəkildə sarsıdar. Belə bir qərar beynəlxalq səviyyədə tanınmış hüquqi sənədlərin legitimliyini şübhə altına almağa cəhd kimi qiymətləndirilər və Ermənistan üçün siyasi, hüquqi və iqtisadi cəhətdən ağır nəticələr doğura bilər".
Süleyman İsmayılbəyli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 May 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri