Icma.az
close
up
RU
Ermənistanın xoşniyyətli dəvət qarşılığında COP29da iştirak etməməsi Azərbaycan üçün itki deyil

Ermənistanın xoşniyyətli dəvət qarşılığında COP29da iştirak etməməsi Azərbaycan üçün itki deyil

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ermənistanın, “Azərbaycan neft ölkəsi kimi COP 29 keçirə bilməz” yumşaq desək olduqca sərsəm bəyanatdır. Birincisi, COP29-un Bakıda keçirilməsi barədə səsvermə prosesində Azərbaycana səsini vermiş 160 ölkə arasında Ermənistan da var. İkincisi, indiyə qədər keçirilən COP-a neft ölkələri də sahiblik ediblər. Birləşmiş Ərəb Əmirliklərini, Misiri, Qətəri misal göstərmək olar”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, Ermənistanın COP29-da iştirak etməməsi, faciə deyil: “Azərbaycan tərəfi xoşməramlı niyyət göstərmiş, dəvətnamə göndərmişdi. Qarşı tərəf isə, növbəti dəfə xoş niyyəti qiymətləndirməyi bacarmadı. Çünki, üzü qaradır. Deməyə sözü yoxdur. “Metsamor” atom stansiyasının bağlanması ilə bağlı Avropa İttifaqının qarşısında götürdüyü öhdəliklər icra olunmamışdır. Baxmayaraq ki, bu məqsədlə kifayət qədər maliyyə kompensasiyası almışdılar. Digər bir məsələ, 30 illik işğal dövründə Qarabağın və Şərqi Zəngəzurun ekologiyasını məhv ediblər. Ərazisindən keçən Araz çayınıvə sərhədyanı Oxçuçayı zəhərləməkdə davam edirlər. Bütün bunlara görə cavab verməlidirlər”.

Nəsib Məhəməliyev

Nəsib Məhəməliyev bildirib ki, COP29 konfransı yüksək səviyyədə təşkil olunub. Konfranslarda, panellərdə müzakirələr gedir, yeni təkliflər səsləndirilir: “Artıq bəzi sənədlər imzalanıb, razılaşmalar əldə olunub. Ali qonaqlar tədbirini yüksək səviyyədə təşkilatçılığından danışırlar. 3000-ə yaxın akkreditə olunmuş, mətbuat nümayəndələri tərəfindən işıqlandırılır. COP29 bütün dünyanın diqqət mərkəzindədir. Təbiii olaraq, qonaqlar Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi, Bakının bənzərsiz arxitekturası ilə tanış olurlar. Bəzi Qərb dairələrinin riyakarlığına, boykot çağırışlarına, təxribatlarına rəğmən konfrans öz işini yüksək səviyyədə görür. Azərbaycan xalqı, dünyaya öz müasirliyi və qonaqpərvərliyi ilə təqdim olunur. Xalqımızla və dövlətimizlə fəxr edə bilərik”.

Nəsib Məhəməliyev COP-dan sonra iki ölkə arasında gərginliyin artacağını düşünmür.

“Ermənistan o gücdə deyil ki, Azərbaycana qarşı aktiv əməliyyatlara başlasın. Ancaq, Fransanın və yaxud digər xarici təsirlər altında hansısa təxribatlara gedərsə, zərərçəkən özü ola bilər. Sülh müqaviləsinin imzalanması məsələsində əfsuslar olsun ki, Ermənistan təkbaşına qərar verə bilmir”-deyə Nəsib Məhəməliyev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri