Ermənistanla Azərbaycan arasında yeni bir dövr başlayıb Simonyan
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistan və Azərbaycan arasında onilliklər boyu davam edən etimadsızlıq və düşmənçilikdən sonra etimadın möhkəmləndirilməsi üçün yeni bir dövr başlayıb”.
Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda Parlamentlərarası İttifaqın 152-ci sessiyasında bildirib.
“2025-ci ildə Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sazişdən sonra regionumuzda sülh hökm sürür. Bu, həqiqətən də böyük bir nailiyyətdir. Ermənistan və Azərbaycan arasında onilliklər boyu davam edən etimadsızlıq və düşmənçilikdən sonra etimadın möhkəmləndirilməsi üçün yeni bir dövr başlayıb” , – deyə o qeyd edib.
Onun sözlərinə görə, TRIPP layihəsi daha bir mühüm mərhələdir:
“Bu təşəbbüs eyni vaxtda regional əlaqələrin inkişafına və beynəlxalq ticarət yollarının genişləndirilməsinə yönəldilib. Suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsiplərinə əsaslanan TRIPP layihəsi Cənubi Qafqazda və onun hüdudlarından kənarda sabitliyin, iqtisadi əməkdaşlığın və rifahın təşviq edilməsi potensialına malikdir”.
A.Simonyan qeyd edib ki, uzun illərdən sonra ilk dəfə olaraq Ermənistan və Azərbaycan arasında ticarət formalaşmağa başlayıb:
“Azərbaycan mallarının Ermənistana idxalı iqtisadi əlaqələrin bərpasında simvolik və praktik addımdır. Bunlar sülhün bəhrələridir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 Aprel 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















