Icma.az
close
up
RU
Ermənistanla Azərbaycanı təbrik edirik Rubio

Ermənistanla Azərbaycanı təbrik edirik Rubio

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Sülh Birləşmiş Ştatlar, Ermənistan və Azərbaycan arasında hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək gücləndirilmiş əlaqələrə qapı açıb.

Bu ifadələr 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü ilə bağlı ABŞ Dövlət katibi Marko Rubionun bəyanatında yer alıb.

Bir il əvvəl ABŞ Prezidenti Donald Tampın Azərbaycan və Ermənistan arasında sülhü təmin etdiyini bildirən Rubio iki ölkə arasında imzalanan bəyannamənin Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişəyə son qoyduğunu və "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu"nun (TRIPP) başlanğıcı olduğunu qeyd edib.

"Ötən on iki ay ərzində Birləşmiş Ştatlar bu vədi tərəqqiyə çevirmək üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə işləyib. Dəmir yollarını, avtomobil yollarını, enerji və rəqəmsal infrastrukturu müasirləşdirəcək multimodal tranzit marşrutu olan TRIPP Ermənistanda dəmir yolu üçün mühəndislik axtarışlarının artıq davam etməsi və Azərbaycanın Ermənistanla birləşəcək avtomobil və dəmir yolunun tikintisini yekunlaşdırmaq ərəfəsində olması ilə reallığa çevrilmək üzrədir", - bəyanatda vurğulanıb.

O, sülhün ABŞ, Ermənistan və Azərbaycan arasında hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək gücləndirilmiş əlaqələrə qapı açdığını bildirib.

Rubio həmçinin Orta Dəhliz boyunca özəl sektorun investisiyalarını stimullaşdırmaq üçün ABŞ hökumətinin 201 milyon dollarlıq maliyyəsi ilə kapitallaşan Trans-Xəzər Müəssisə Fondunun fəaliyyətə başladığını açıqlayıb:

"Bu tərəqqi sadə bir həqiqəti əks etdirir: sülh və rifah bir-birini gücləndirir. TRIPP sadəcə bir infrastruktur layihəsindən daha çox - Trans-Xəzər Ticarət Marşrutunda həyati vacib bir həlqə, Birləşmiş Ştatlar və digərləri üçün kommersiya imkanlarının hərəkətverici qüvvəsi və uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü necə möhkəmləndirə biləcəyinə dair bir modeldir.

Ermənistan və Azərbaycan bu təməl üzərində irəlilədikcə Birləşmiş Ştatlar onlarla işləməyə tam sadiq qalır. Biz hər iki ölkəni son bir il ərzində nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edir və Cənubi Qafqazda möhkəm, qalıcı sülh istiqamətində irəliləyişlərin davam etməsini səbirsizliklə gözləyirik". /"Report"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 04:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri