Ermənistanla münasibətləri də müzakirə etdik Meloni
Icma.az, Modern.az saytına istinadən bildirir.
Prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin görüşündə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib.
Modern.az xəbər verir ki, bunu İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.
"Ermənistanla münasibətlər mövzusunu müzakirə etdik. Mən Birləşmiş Ştatların verdiyi təkan sayəsində tarixi mərhələni əks etdirən normallaşma yolunda İtaliyanın tam dəstəyini bir daha vurğuladım. Düşünürəm ki, 2026-cı il bu baxımdan mühüm ilə çevrilə bilər, çünki çox vacibdir ki, bu dinamik regionun bütün potensialı istifadə edilsin". – Meloni bildirib.
C. Meloni söhbət zamanı Azərbaycan ilə Avropa Birliyi arasında dialoqun gücləndirilməsinin vacibliyinin qeyd olunduğunu deyib:
"Enerji və daşımalar birmənalı olaraq iki sahədir ki, Avropa daha vacib rol oynaya bilər və oynamalıdır. Beləliklə, sərmayələrə dəstək, enerji şəbəkələrinə, beynəlxalq daşımalar marşrutlarına Azərbaycanın daha böyük inteqrasiyası təmin edilə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 May 2026 01:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















